Ukraynalı qaçqınlar üçün şərtlər niyə ağırlaşır?

Ukraynalı qaçqınlar üçün şərtlər niyə ağırlaşır?2022-ci il uğursuz proqnozlar ili kimi yadda qaldı. İlin əvvəlində nüfuzlu Qərb analitikləri və ekspertləri Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun reallaşacağına inanmırdılar. Amma Rusiya hücum planını reallaşdırdı. Öz növbəsində Rusiya da ümid edirdi ki, müharibə qısamüddətli olacaq, Qərb müharibədən kənarda qalmağa üstünlük verəcək. Amma belə olmadı.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Rusiya-Ukrayna savaşı çox böyük coğrafi ərazidə davam etdiyindən dağıntılara məruz qalan ərazilər də çoxdur.

Savaş ucbatından çox sayda insan Ukraynanı tərk etməli olur. BMT-nin ötən ay açıqladığı rəqəmlərə görə, müharibə başlayandan bəri Ukraynada 12 milyon şəxs öz yaşayış yerini tərk etməyə məcbur qalıb. BMT-nin miqrasiya qurumu bildirib ki, hazırda Avropa ölkələrində 8 milyon ukraynalı qaçqın var.

Onların ən çox üz tutduğu ölkələrsə Polşa və Almaniyadır. Polşada Ukraynadan gələnlərin sayı 1 milyon 400 min, Almaniyada 1 milyon nəfərdir. Çexiyada 431 min, İtaliyada 160 min, Türkiyədə 145 min, İspaniyada 143 min, Böyük Britaniyada 122 min, Fransada 101 min ukraynalı qaçqın qeydə alınıb. Ukraynadan qaçqın axınının Avropanı ötən il olduğu kimi, bu il də ciddi sınaqlarla üz-üzə qoyacağı proqnozlaşdırılır.

Bir tərəfdən miqrant axını, digər tərəfdən Rusiyadan enerji asılılığı "qoca qitə"ni çətin duruma salıb. Əgər Ukrayna böhranı belə davam etsə, Avropa maliyyə böhranı, yaxud Yunanıstandakı böhran zamanı olduğundan daha böyük təhlükə ilə üzləşə bilər. Məsələn, müharibə başlayandan almanlar qaçqınlara idman zallarını və kazarmaları verir, geyim toplayır və onları öz ailələrində yerləşdirirlər. Başqa ölkələrdə isə sərhədlərdə tikanlı məftillərdən hasarlar çəkir və keçidləri bağlayırlar.

Qərb mediası da qaçqın problemini Aİ üçün son onilliklərin ən ciddi sınağı kimi dəyərləndirir. Faktiki olaraq hazırda Avropada İkinci Dünya Müharibəsindən sonra ən böyük qaçqın böhranı yaşanır. Təkcə işğalın ilk üç həftəsində Ukraynanı 3 milyona yaxın insan tərk edib. Rusiya ilə Ukrayna arasında müharibə nə qədər uzun sürərsə, Almaniyadakı ukraynalı qaçqınların sayı bir o qədər çoxalacaq. Bu isə onların qəbulunu və yerləşdirilməsini çətinləşdirir. Almaniyada Ukraynadan olan qaçqınların ümumi sayı hər gün orta hesabla 170 nəfər artır. Ölkənin kommunal orqanları həyəcan təbili çalır: onların yeni qaçqınları qəbul etmək üçün resursları faktiki olaraq tükənib.

Berlində keçirilən mətbuat konfransında Almaniya Şəhərləri və İcmaları Assosiasiyasının (DStGB) prezidenti Uve Brandl deyib ki, qaçqınlarla bağlı müxtəlif problemlərin həllində imkanlarının son həddinə çatıblar. Onun qeyd etdiyi əsas problem mənzillə bağlıdır:

"Çoxlu sayda ukraynalı qaçqın mərhəmətli almanların evində məskunlaşdı. Ancaq bu, daimi ola bilməz, başqa variantlar tapmaq lazımdır. Berlinin əsas qatar stansiyasında Ukraynadan olan qaçqınlara sığınacaq verməyə hazır olan alman vətəndaşlarının sayı azalıb. Onları qəbul edənlər qaçqınların bu qədər uzun müddət qalacaqlarını gözləmirdilər".

Brandlın sözlərinə görə, alman qonaqpərvərliyi və ukraynalılara qarşı ictimai tolerantlıq da təhlükə altındadır. Kirayə mənzil bazarında da gərgin vəziyyət hökm sürür.

2023-cü ildə Polşada da ukraynalı qaçqınlar üçün şərtlər dəyişəcək: onlara pulsuz mənzillərin verilməsi müddətinə yenidən baxılacaq. Gələnlər qaçqın mərkəzlərində altı ay pulsuz yaşadıqdan sonra yaşayış üçün qismən ödəniş etməli olacaqlar. Fevralın 1-dən dəyərin 50 faizini, mayın 1-dən isə 75 faizini ödəmək lazım gələcək. Bu cür dəyişikliklər ukraynalıları daha aktiv məşğulluğa sövq etmək üçün nəzərdə tutulub. Amma il ərzində ukraynalı qaçqınlara verilən bütün müavinətlər və ödənişlər qüvvədə qalacaq.

Aİ ölkələri 2023-cü ildə yeni ukraynalı qaçqın dalğası da gözləyirlər. Keçən il olduğu kimi, bu il də ukraynalılar Aİ ölkələrinə sərbəst səyahət edə biləcəklər. Onlar Almaniyaya vizasız daxil ola və orada yaşamaq icazəsi olmadan 90 günə qədər qalmaq hüququna malikdirlər.

Qaçqınların Britaniyaya gəlişinə gəlincə, burada da 2023-cü ildə qaydalarda heç bir dəyişiklik gözlənilmir. Ancaq burada artıq ukraynalıları qəbul etmək istəyənlər çox azdır. Britaniyada da qaçqınların üzləşdiyi ən əsas problem mənzil tapmaqdır. Ukraynadan Britaniyaya gələnlərin əksəriyyəti müvəqqəti yaşayış yerlərində yaşamalı olur. Onlar pulları olsa belə, həmişə mənzil və ya otaq kirayə edə bilmirlər. The Guardian yazır ki, gələcəkdə Britaniyaya gələn 50 min ziyarətçi evsiz qala bilər. 84 min qaçqının qəbul edilməsinə imkan verən "Ukraynalılar üçün mənzil" proqramı mərhələli şəkildə dayandırılır.

2023-cü ildə ukraynalılar Slovakiyaya da sərbəst gedə biləcəklər. Onlar bu ölkədə qaçqın kimi qalmağı planlaşdırırlarsa, müvəqqəti müdafiə statusu üçün müraciət etməli və ölkədə həyatı xeyli asanlaşdıracaq müvafiq hüquqlar əldə etməlidirlər.

Çexiya rəsmi olaraq ukraynalı qaçqınlara yardım proqramını 2024-cü ilin martına qədər uzadıb. Yəni ukraynalı qaçqınlar 2023-cü ildə bu ölkəyə də rahat gedə biləcəklər.

İtaliya və Fransaya gəlincə, bu ölkələrin hökumətləri 2023-cü ildən etibarən qaçqınların qəbulunu dayandırmağı planlaşdırdıqları barədə məlumat verməyiblər. Ona görə də ukraynalılar bu iki ölkəni də seçə bilərlər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1698   Tarix: 15 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

ABŞ ilə Ukrayna təhlükəsizlik zəmanətlərini və Kiyevin Aİ-yə daxil olmasını müzakirə etdilər

Amerika və Ukrayna rəsmiləri, Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Mayamidə təhlükəsizlik zəmanətləri, Ukraynanın qışa hazırlığı və müharibədən sonrakı yenidənqurma məsələləri ilə bağlı danışıqlar aparıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəs

11 oktyabr
.

Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb

Fransada oğurlanmış şəxsi məlumatların yayıldığı internet resursunu idarə etməkdə şübhəli bilinən üç azyaşlı saxlanılıb. "Report" xəbər verir ki, bu barədə "20 Minutes" portalı Paris prokurorluğuna istinadən məlumat yayıb. İstintaqın məlumatına görə, sayt mart ayında "Reacher"

11 oktyabr
.

"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil

İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind

12 oktyabr
.

Almaniyada kütləvi atışma təhdidi səbəbindən bəzi məktəblərdə dərslər ləğv edilib

Oşersleben şəhərində (Almaniya) bir neçə məktəbdə kütləvi atışma ilə bağlı anonim təhdid səbəbindən əyani dərslər ləğv edilib. xəbər verir ki, bu barədə Almaniya mediası polisə istinadən məlumat yayıb. Bununla belə, bağlanan məktəblərin dəqiq sayı qeyd olunmur. Hüquq-mühafizə orqanlarının məlumatın

13 oktyabr
.

Ukraynada sosial-yönümlü Avrointeqrasiya qanunu qəbul olunub

Ukrayna Ali Radası əsas sosial yardım haqqında Avrointeqrasiya qanununu qəbul edib. Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb. Qanunu çərşənbə axşamı Ali Radanın plenar iclasında 247 deputat yekdilliklə dəstəkləyib. "Qanun aztəminatlı ailələrə verilən ayrı-ayrı ödənişləri vahid komplek

13 oktyabr
.

Aİ Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqlədi

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 22-ci paketini təsdiqləyib. Yeni paket çərçivəsində Rusiyanın müdafiə sənayesi ilə əlaqəli olduğu bildirilən təxminən 1600 şirkət və şəxs qara siyahıya salınıb. xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəs

12 oktyabr
.

Dünyanın sonu bu tarixdə OLACAQ? - Noyabrın 13-ü...

1960-cı ildə dərc olunan elmi araşdırmada dünyanın sonu üçün 13 noyabr 2026-cı il tarixi göstərilib. Proqnoz dünya əhalisinin sürətlə artması ilə bağlı nəzəri hesablamalara əsaslanıb. xəbər verir ki, amerikalı fizik Haynts fon Fyorster və İllinoys Universitetinin tədqiqatçıları əhali artımının bu templ

13 oktyabr
.

Trampın atəşkəs bəyanatından sonra Ukraynada enerji obyektlərinə hücumlar davam edir

ABŞ Prezidenti Donald Trampın Rusiya və Ukrayna arasında enerji obyektlərinə qarşı hücumların dayandırılması ilə bağlı razılaşmanın əldə olunduğunu açıqlamasından sonra Kiyev Moskvanın bu təşəbbüsə əməl etmədiyini bildirir. Reuters-ə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ı

12 oktyabr
.

İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi

İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili

11 oktyabr