Bank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcək

Bank kartları ilə bağlı YENİ QƏRAR: Tariflər iyunun 1-dən dəyişəcəkAzərbaycan Mərkəzi Bankının İdarə Heyəti ödəniş sistemlərinin iştirakçıları arasında tətbiq edilən xidmət haqqı tarifləri ilə bağlı yeni qərar qəbul edib. Mərkəzi Bankın sədri Taleh Kazımovun imzaladığı sənədə əsasən, interçeync haqları üçün yuxarı hədd təsdiqlənib. Cari ilin iyun ayının 1-dən qüvvəyə minəcək qərarın yaxın üç gün ərzində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.

Musavat.com bildirir ki, tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, burada əsas məsələ ödəniş sistemi iştirakçıları arasında xidmət haqqı tariflərinin tənzimlənməsidir:

"Yəni maksimal həddinin, yuxarı həddinin müəyyən edilərək təsdiqlənməsi üçündür. Müxtəlif əməliyyatlar üzrə, məsələn, yanacaqdoldurma, ümumi alış-veriş, taksit ödənişləri və s. bu xidmətləri göstərən kart istifadəçiləri və xidməti göstərən tərəflər arasında komissiyalar olur. Bu komissiyaların tənzimlənməsi kartlardan istifadəni, yəni həmin xidmətlərdən istifadəni motivasiya etmiş olur. Təbii ki, əgər şəxs kartdan istifadə etməyib nağd şəkildə ödəniş edirsə, komissiya həcminin tənzimlənməsi, yəni hamı üçün stabil qaydada olması kartlardan istifadəni motivasiya edə bilər ki, şəxslər həmin kartlarla əməliyyatlarda daha çox istifadə etsinlər. Banklarda bu tənzimlənmə aparıldığına görə, komissiyalar stabilləşdiyi üçün əməliyyat sayının artması nəticəsində banklar daha çox gəlir əldə edə bilərlər. Qərar iyun ayının 1-dən qüvvəyə minəcək. İnterçeync nağdsız ödənişlər zamanı kartı buraxan bankla ödənişi qəbul edən "acquirer" arasında hesablaşmalar zamanı tətbiq olunan komissiya haqqıdır".

O qeyd edib ki, bu, xidməti kartı emissiya edən bank və xidməti qəbul edən tərəf arasında hesablaşmaları motivasiya etmək və bir növ pərakəndəliyin qarşısının alınmasına yönəlik tənzimləyici bir addımdır:

"Sadə bir misal çəkək. Məsələn, biz A bankının müştərisiyik və B bankının xidmət göstərdiyi yanacaqdoldurma məntəqəsindən yanacaq alırıq. Bu zaman biz kartla ödəniş etdikdə bizdən birbaşa komissiya tutulmasa da, əməliyyata görə emitent və acquirer banklar arasında hesablaşmalar aparılır və orada müəyyən komissiyalar tətbiq olunur. Hazırkı qərar həmin komissiyaların maksimal həddini, yəni limitini müəyyən edir. Burada hər xidmət növü üzrə cədvələ uyğun olaraq komissiya hədləri müəyyən olunub. Bu komissiyalar belədir. Məsələn, yanacaqdoldurma kateqoriyası üzrə 0,75%, yəni ödəniş məbləğinin 0,75 faizi. Ümumi kateqoriya üzrə 1,5%, farmasevtika və supermarket kimi əməliyyatlar üzrə isə 1,25% müəyyən olunub".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 8956   Tarix: 26 aprel 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda kişi arvadını marketdə, autizm​li övladının gözü qarşısında döydü - Video

Bakıda kişi həyat yoldaşını marketdə, autizm​li övladının gözləri qarşısında döyüb. "Qafqazinfo" xəbər verir ki, bu barədə görüntüləri "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb. "İllərdir həyat yoldaşının zorakılığın

18 sentyabr
.

Bakıda evli kişi 14 yaşlı qızı qaçırdı

Binəqədi Rayon Məhkəməsində 14 yaşına çatmış, lakin 16 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli hərəkətlər etmədə təqsirləndirilən Kərim Kərimovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. -a istinadən xəbər verir ki, hakim Aytəkin İbrahimovanın sədrliyi ilə keçirilə

17 sentyabr
.

Avtobus sürücülərindən maraqlı performans - Biri oxudu, digərləri ifa etdi - Video

Bu gün 18 sentyabr - Milli Musiqi Günü ilə əlaqədar "BakuBus"ın sürücüləri maraqlı kompozisiya ilə çıxış ediblər. "Qafqazinfo" xəbər verir ki, məşhur "İntizar" ("Vəfadarım mənim") mahnısı sürücülər tərəfindən ifa olunub. İfaçı - 500 nömrəli avtobusun sürücüsü Elçi

18 sentyabr
.

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO

Sosial şəbəkədə "Adil Black" ləqəbi ilə tanınan Adil Əmrahlı bu dəfə başından bir az da yuxarı "tullanaraq" Allahı və onun rəsulu Məhəmməd peyğəmbəri (s.ə.s.) təhqir edib. xəbər verir ki, A.Əmrahlı ABŞ-də yaşayan "Kolyaka" ləqəbli rusdilli strimerin "TikTok"d

17 sentyabr
.

DSX-nin tarixinə düşən general vəfat etdi

Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı və ilk sərhədçi generalı İsgəndər İmanverdi oğlu Allahverdiyev vəfat edib. -ə istinadla xəbər verir ki, İsgəndər Allahverdiyev 11 fevral 1947-ci ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan dövlət sərhədinin mühafizəsi sisteminin formalaşmasınd

18 sentyabr
.

Azərbaycanda zəlzələ oldu

Yardımlı stansiyasından 23 km cənub-şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:03-də baş verib. Yeraltı təkanın maqnitudası 3.1, dərinliy

17 sentyabr
.

SOCAR neftçiləri təbrik edib

20 Sentyabr - Neftçilər Günü münasibətilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən neftçi peşəsinin əhəmiyyətini, bu sahədə çalışan insanların zəhmətini və ölkənin enerji sektorunun inkişafına verdikləri töhfəni əks etdirən videoçarx hazırlanıb. paylaşımı təqdim edir:

19 sentyabr
.

Şəxsiyyət vəsiqəsində ANA ADI yazılmalıdır? - AÇIQLAMA

Hazırda şəxsiyyət vəsiqəsində valideynlərə dair məlumatların necə əks etdirilməsi məsələsi cəmiyyətdə müzakirə olunan mövzulardan biridir. Həm ata, həm də ana adının sənəddə göstərilməsi uşağın hər iki valideyni ilə bağlı məlumatların eyni formada təqdim olunması baxımından yeni yanaşma kimi qiymətləndiril

17 sentyabr
.

Şəhid atası vəfat etdi - Foto

Vətən müharibəsi şəhidi Elnur Məmmədovun atası İsrafil Məmmədov vəfat edib. "Qafqazinfo" xəbər verir ki, bir müddət əvvəl səhhətində ciddi problem yaranan şəhid atası Gəncədə həyatını itirib. Mərhum Gəncənin Köhnə Səbiskar qəbiristanlığında dəfn olunub. Qeyd edək ki, E. Məmmədov Kəlbəcər rayonunu

17 sentyabr