Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilirXəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi, həmin ərazilərdə torpaqların effektiv idarə edilməsi, onların istifadəsinə və mühafizəsinə dövlət nəzarəti mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə dövlət başçısı müvafiq Fərman imzalayıb. Sənədin əhatə dairəsinə adalar, məskunlaşdırılmış və məskunlaşdırılması nəzərdə tutulan ərazilər, sənaye, energetika, liman, müdafiə və sərhəd mühafizəsi məqsədləri üçün istifadə olunan ərazilər, eləcə də normativ hüquqi aktlarla müəyyən edilmiş digər xüsusi statuslu ərazilər daxil deyil.

Son illərdə Xəzər dənizinin sahilboyu ərazilərində urbanizasiya proseslərinin artması, antropogen təsirlər nəticəsində ekoloji vəziyyətin pisləşməsi, habelə Xəzər dənizinin geri çəkilməsi bu sahədə dövlət idarəetməsinin və gündəmə gələn ərazi planlaşdırılması məsələlərinin müasir çağırışlara uyğun, daha çevik və əlaqələndirilmiş şəkildə təşkilini zəruri edib. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2026-cı il tarixli Fərmanına əsasən, Xəzər dənizinin Azərbaycan Respublikasına aid sahilboyu ərazisinin xüsusi hüquqi statusunun, zonalaşdırılmasının və hüquqi rejiminin müəyyən edilməsinə dair təkliflərin hazırlanması tapşırılıb.

Fərmana əsasən, sahilboyu ərazilərdə idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, habelə torpaqlardan istifadə və onların mühafizəsi sahəsində vahid dövlət siyasətinin həyata keçirilməsi funksiyaları İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə həvalə edilib.

Yeni yanaşmanın əsas məqsədi torpaqların idarə olunmasında səmərəliliyin artırılması, bu sahədə iştirak edən dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilmiş şəkildə təşkili, sahilboyu ərazilərin qorunması məqsədilə mühafizə və nəzarət tədbirlərinin gücləndirilməsi, bu sahədə monitorinq və hesabatlılığın təkmilləşdirilməsini təmin etməkdir.

Fərmanda öz əksini tapmış yeniliklər sırasında sahilboyu ərazilərdə torpaq, tikili, infrastruktur və sair obyektlərin əks olunduğu coğrafi informasiya sistemləri (CİS) əsaslı aktual xəritələrin və məlumatların saxlandığı "Rəqəmsal sahil idarəetməsi" informasiya sisteminin yaradılmasıdır.

Digər dövlət informasiya sistemləri ilə inteqrasiyası nəzərdə tutulan bu sistem həm koordinasiyalı fəaliyyətin təşkili ilə bağlı zəruri inzibati icraat prosedurlarının, eyni zamanda əhaliyə göstəriləcək xidmətlərin rəqəmsal platforma üzərindən təşkilinə imkan yaradacaq.

Əhaliyə, o cümlədən sahibkarlara göstəriləcək xidmətlərin "bir pəncərə" prinsipi əsasında təşkili nəzərdə tutulur ki, bu da torpaq istifadəçiliyi ilə bağlı məsələlərin daha çevik və distant şəkildə həll edilməsini, inzibati prosedurların sadələşdirilməsini təmin edəcək.

Sahilboyu ərazilərin hüquqi statusunun müəyyənləşdirilməsi, zonalaşdırmanın aparılması, ətraf mühitin mühafizəsi, iqtisadi fəaliyyət sahələrinin inkişafı, turizm və rekreasiya imkanlarının genişləndirilməsi istiqamətində vahid yanaşmanın beynəlxalq təcrübə nəzərə alınmaqla tətbiqi nəzərdə tutulur.

Eyni zamanda, torpaqlardan istifadə və onların mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi barədə tapşırıqlar verilib. Bu sahədə qanunsuz istifadə və zəbt hallarının qarşısının alınması üçün hüquqi mexanizmlərin işlənilməsi də nəzərdə tutulur. Görüləcək tədbirlər sahilboyu ərazilərin davamlı inkişafına, ekoloji tarazlığın qorunmasına, şəffaflığın və effektivliyin artırılmasına töhfə verəcək.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 218   Tarix: 17 noyabr 2026  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

SOCAR: Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir

Naxçıvan Muxtar Respublikasına yanacaq tədarükü Türkiyə və Gürcüstan ərazilərindən həyata keçirilir. Bu barədə Naxçıvan Muxtar Respublikasının yanacaqla etibarlı təchizatı ilə bağlı AZƏRTAC-ın sorğusuna cavab olaraq SOCAR-dan bildirilib. Qeyd olunub ki, muxtar respublikanın tələbatı tam həcmdə ödənili

18 noyabr
.

Sabah hava necə olacaq?

Noyabrın 18-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı ərazilərdə az yağış yağacağ

17 noyabr
.

Xəzər dənizinin sahilboyu ərazilərinin dövlət idarəetməsi təkmilləşdirilir

Xəzər dənizinin sahilboyu ərazilərində davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı idarəetmə və nəzarət sahələrində iştirak edən dövlət orqanlarının koordinasiyalı fəaliyyətinin təşkili, bu sahədə səmərəliliyin və çevikliyin artırılması, rəqəmsal idarəetmə modellərinin tətbiq edilməsi

17 noyabr
.

"Şamaxinka"dakı qəzada ölən kuryerin dəfninə dostları belə gəldi - Video

Dünən paytaxtın Yasamal rayonu ərazisində - "Şamaxinka" adlanan yerdən keçən tunelin girişində baş vermiş qəzada ölən motosikletçi dəfn edilib. "Qafqazinfo" xəbər verir ki, faciəvi şəkildə həyatını itirən Asif Ağaverdiyevin dəfnində çoxsaylı motosikletçi iştirak edib. Onlar katafalk

18 noyabr
.

"Parlament danışmaqxana deyil" - Spikerdən deputata irad

"Ötən gün keçirilən plenar iclasda çıxış üçün verilən reqlament 10 dəqiqədən 5 dəqiqəyə endirildi. Hansı deputat 3 dəqiqə danışmaq istəyirsə, danışsın. Başqalarına niyə yol göstərirlər? Bura Milli Məclisdir, danışmaqxanadır. Danışmağa sərhəd qoymaq olmaz". "Qafqazinfo" xəbər veri

17 noyabr
.

Komediya proqramlarında söyüş və jarqon normal hala çevrilir? - AÇIQLAMA

Son dövrlər televiziya və sosial şəbəkələrdə yayımlanan bəzi komediya proqramlarında əxlaq normalarına zidd hesab edilən ifadə və davranışlar ictimai müzakirələrə səbəb olur. Xüsusilə, geniş auditoriyaya təqdim olunan bu cür məzmunların yeniyetmə və gənclərin dünyagörüşünə, davranışlarına və ailə dəyərlərin

18 noyabr
.

Azərbaycanda terminallarla ödəniş qaydası dəyişdi

Ödənişlərin təhlükəsizliyinin artırılması və qanunvericiliyin tələblərinə uyğun olaraq terminallar vasitəsilə nağd vəsaitlərin qəbulu üzrə yeni qayda tətbiq olunur. xəbər verir ki, qaydaya əsasən, 500 AZN-dən artıq məbləğdə ödəniş və ya pul köçürməsi həyata keçirmək istəyən istifadəçilər şəxsiyyətlərin

16 noyabr
.

Din xadimləri ilə bağlı iddiaya - Rəsmi reaksiya

"Son günlər bəzi media subyektlərində və sosial şəbəkələrdə Azərbaycan Respublikasının Dövlət Qulluğu Məcəlləsində din xadimləri ilə bağlı guya əvvəllər mövcud olmayan yeni məhdudiyyətin tətbiq edildiyi barədə həqiqətə uyğun olmayan məlumatlar yayılıb. Mövcud qanunvericilik aktları nəzərə alınmada

17 noyabr
.

Uşaqları nəzarətsiz qoymayın! - Nazirlikdən müraciət

Fövqəladə Hallar Nazirliyi (FHN) uşaqların təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib. xəbər verir ki, müraciətdə deyilir:. "Fövqəladə Hallar Nazirliyi tərəfindən əhali arasında aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bir sıra hallarda azyaşlıların nəzarətsiz qalması nəticəsind

17 noyabr