20 Yanvar şəhidinin övladı: "Atamı tapa bilmirdik, yuxuda bizə yerini işarə edib dedi ki..." - FOTO

20 Yanvar şəhidinin övladı: "Atamı tapa bilmirdik, yuxuda bizə yerini işarə edib dedi ki..." - FOTO"O zaman mənim beş yaşım var idi. Yadıma gələn odur ki, Nərimanov rayonunda, Bakı Metropoliteninin yataqxanasında qalırdıq. Binada yaşayan bütün ailələrin böyükləri, kişilər, böyük oğlanlar ayın 19-dan evdən getdilər. Mənim atam da onların arasında idi. Gedənlər qayıtdılar, atam yox idi…"

Bu sözləri Oxu.Az-a 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qanları bahasına Azərbaycana müstəqillik qazandıran şəhidlərimizdən olan Əflatun Kazımovun oğlu Surac Kazımov deyib.

Hələ uşaq olduğu üçün o gün baş verənləri çox xatırlamayan Surac Kazımov atasının yoxluğunu bu günə qədər də hiss edir, barışa bilmir:

"Həmin gün səhərə yaxın bizim qaldığımız binadan gedən bütün insanlar qayıtdılar. Mənim atam gəlmədi. Bəzi şeyləri ağıl yox, ürək hiss edə bilir. Evdəki təlaşdan hiss edirdim ki, atam hara gedibsə, bir daha geri qayıtmayacaq. Sonra mənə dedilər ki, sənin atan şəhid olub.

Təbii ki, o yaşda mənə atasızlığı izah etmək çətin idi. Amma bunun nə demək olduğunu atasız böyüyərkən anladım. Çox çətin idi, hər an atasızlığı hiss etmişəm, amma biləndə ki, atam nə üçün şəhid olub, onunla fəxr etmişəm. 1990-cı ilin yanvar hadisələrində atam da digərləri kimi küçələrdə etirazlara qoşulub, Azərbaycanın müstəqilliyi naminə canından keçib. Hadisəni tam xatırlamıram, amma böyüklərimizdən soruşmuşam. Onlar deyirdilər ki, atama getməməsi üçün çox israr ediblər, amma atam onlara qulaq asmayıb. Bir neçə gün etiraz aksiyasına qoşulub. Sonuncu dəfə yanvarın 19-da evdən çıxıb və gecə evə gəlməyib. Böyüklərimiz atamı axtarmağa başlayıblar, bir neçə gün xəbər ala bilməyiblər. O zaman hamı atamın artıq həyatda olmadığına əmin olub".

Atam yuxuda bizə yerini işarə etmişdi…

20 Yanvar şəhidinin övladı: "Atamı tapa bilmirdik, yuxuda bizə yerini işarə edib dedi ki..." - FOTOSurac Kazımov deyir ki, bir neçə gün atasının nəşini tapa bilməyiblər:

"Əmimgil axtarır, amma tapa bilmirdilər. Hətta bir neçə dəfə morqa getmişdilər, onun nəşinin olduğu sıraya qədər bir-bir baxıb, sonrakılara baxmamışdılar. Atam sanki bizim narahatlığımızı duyub, işarə vermişdi. Atam əmim arvadının yuxusuna girib, deyib ki, "morqa gəlib-gedirsiniz, amma mən olan tərəfə gəlmirsiniz, buradayam". Həmin gün səhər əmimgil gediblər morqa, görüblər ki, doğrudan da, son sırada yığılan nəşlərin içində atam da var. İnsanların meyitləri elə halda idi ki, əzizlərini axtaranlar tanımaqda çətinlik çəkirdilər. Əmim deyirdi ki, atanın bədənində dörd güllə yarası var idi. Hamısı döş qəfəsinə vurulmuşdu".

Ailədə dörd uşaq olduqlarını deyən 37 yaşlı Surac Kazımov deyir ki, hadisə vaxtı böyük bacısı rayonda, nənəsigildə, digər üç uşaq isə anası ilə Bakıda, yataqxanada qalırmış.

İldən-ilə böyüyən kədərin fotosu…

20 Yanvar şəhidinin övladı: "Atamı tapa bilmirdik, yuxuda bizə yerini işarə edib dedi ki..." - FOTOŞəhid övladı olması ilə qürur duyduğunu deyən Surac Kazımov ürəyində ilbəil böyüyən kədərini də vurğulayır:

"Atamı dəfn edəndə əlimdə şəklini tutmuşdum. Xatırlamıram onu mənə kim vermişdi, lakin onu elə bərk-bərk tutmuşdum ki, əllərim donmuşdu. Uşaq düşüncəsi ilə fikirləşirdim ki, bir dəfə atamı əlimdən buraxdım, geri gəlmədi, şəklini bərk saxlayım. Evə gələndə əllərim soyuqdan gömgöy olmuşdu. Dəfndən sonra hamı əmimgilə, "Şanxay" qəsəbəsinə gəldi. Sonralar internetdə öz şəkillərimi gördüm. O fotonu kim çəkibsə, yaxşı ki çəkib.

Böyüyəndən sonra başa düşdüm ki, mənim atam qalibdir. 20 Yanvar şəhidləri qanları bahasına Azərbaycana müstəqillik qazandırdılar, onlar qalibdirlər. Bu gün məhz onun oğlu olmağım mənim üçün şərəfdir. Atam özü də vaxtilə metropolitenin Tunel-Tikinti İdarəsinin işçisi olub. Onun vəfatından sonra çalışdığı qurum bizim çətinliklərimizi həll etdi, dövlətimiz də ailəmizi daim diqqətdə saxlayır. Mən özüm də metropolitendə çalışıram".

Hər il 20 Yanvar faciəsinin ildönümünü Şəhidlər xiyabanında qarşılayan S.Kazımov deyir ki, atasının Lənkəranda da abidəsi var:

"Biz əslən qarabağlıyıq, Şuşadan. Amma atam Lənkəranda, Girdəni kəndində böyümüşdü. Torpaqlarımız azad olunandan sonra hələ Şuşaya getməmişəm. Amma inşallah, bir gün gedərəm. Doğma ata yurdumu ziyarət edərəm".

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Faciə zamanı 150 insan öldürülüb, 744 nəfər ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağılıb.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi qeyd edilir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 891   Tarix: 20 yanvar 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tikinti materialları bahalaşdı

2026-cı ilin fevral ayına olan vəziyyətə görə Azərbaycanda tikinti materialları bazarında aktivlik artımı müşahidə olunur. Sektor üzrə istehsal göstəricilərində yüksəliş qeydə alınsa da, bazarda qiymət artımı tendensiyası da davam edir. Məlumatlara əsasən, 2026-cı ilin yanvar ayında tikinti materiallar

1 mart
.

Taksiyə ödəniş etməyənləri hansı cəza gözləyir? - VİDEO

Sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə səbəb olub. Görüntülərdə müştəri mənzil başına çatdıqdan sonra taksi sürücüsünün ödənişini etmədən qaçır. Sürücü də qarşılaşdığı bu vəziyyəti telefonun kamerası ilə qeydə alaraq ictimailəşdirib. Baku TV-nin məlumatına görə, adətən, taksi sürücülərini

1 mart
.

Sabah ilin ilk Ay tutulması olacaq

Martın 3-də 2026-cı ilin ilk Ay tutulması olacaq. xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Bildirilib ki, Ay tutulması saat 12:44-də başlayıb saat 18:23-də bitəcək. Tutulmanın makisumumu isə saat 11:33-də olacaq. Bu tutulma Tam Ay tutulmasıdır və Asiya, Avstraliya

2 mart
.

On üçüncü günün duası - İmsak və iftar vaxtı

Sabah Ramazan ayının on üçüncü günüdür. "Qafqazinfo" xəbər verir ki, imsak vaxtı 05:46-ya, iftar isə 18:49-a təyin olunub. On üçüncü günün imsak duası:. "Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit- tuqa və suhbətil-əbrar. Bi-ovnik

2 mart
.

İranda neçə vətəndaşımız xəsarət alıb? - XİN AÇIQLADI

"İndiyə qədər yalnız bir nəfər vətəndaşımız xəsarət alıb". APA-ya istinadən xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin regionda hərbi eskalasiya şəraitində vətəndaşlarımızın vəziyyəti ilə bağlı sorğuya cavabda bildirib. Qeyd edilib ki

1 mart
.

Məzuniyyətə gedən komandir cinayət törətdi

Qubada 26 yaşlı zabit məzuniyyət vaxtı əmisini öldürməyə cəhd edib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, həmin hadisə ilə bağlı məhkəmə araşdırması başa çatıb. İş materiallarında yazılıb ki, N saylı hərbi hissədə bölük komandiri kimi xidmət edən 26 yaşlı Z.Seyidməmmədov məzuniyyətdə olduğ

2 mart
.

Güclü geomaqnit qasırğası gəlir - Bu tarixlərdə

Bu gün və sabah geomaqnit sahəsi aktiv olacaq. xəbər verir ki, bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb. Qeyd olunub ki, geomaqnit sahəsinin daha sonra sakit-aktiv səviyyələr arasında dəyişəcəyi gözlənilir

2 mart
.

Üzərliklə bağlı daha bir qurumdan - Çağırış

Dövlət Dəniz və Liman Agentliyi Rusiyanın Xarici İşlər Nazirliyi tərəfindən ölkəmizin Rusiyadakı Səfirliyinə daxil olan notaya əsasən dənizçilərə çağırış edib. "Qafqazinfo" xəbər verir ki, notada harmala (üzərlik) bitkisinin narkotik tərkibli bitkilər siyahısına daxil edildiyi və Rusiya ərazisind

2 mart
.

İrandan Azərbaycana 192 nəfər təxliyə olunub - YENİLƏNİB

28.02.2026-cı il saat 08:00-dan 01.02.2026-cı il saat 22:00-dək İrandan Azərbaycana 192 nəfər təxliyə olunub. "Report" xəbər verir ki, onlardan 82-si Azərbaycan, 110-u isə 19 ölkənin vətəndaşlarıdır. Belə ki, 28 nəfər Pakistan, 18 nəfər Səudiyyə Ərəbistanı, 18 nəfər Çin, 17 nəfər Tacikista

1 mart