Azərbaycanda əhali sayına görə ən az həkimi olan rayonlar AÇIQLANDI
"Azərbaycanda regionlar üzrə həkimlərin sayının əhalinin sayına uyğun olmaması səhiyyə xidmətlərinə eyni səviyyədə əlçatanlığın təmin edilməsində əsas çətinliklərdən biridir".
Oxu.Az xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2025-ci il üzrə məruzəsi"nin müzakirəsi zamanı deyib.
Azərbaycanda əhali sayına görə ən az həkimi olan rayonlar AÇIQLANDI
"Dövlət Statistika Komitəsinin "Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti" adlı hesabatına əsasən, 2025-ci ilin əvvəlinə əhalinin hər 10 min nəfərinə düşən həkim sayı Bakı şəhəri üzrə 101.7, Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə 24.5, Naxçıvan iqtisadi rayonu üzrə 14.9, Quba-Xaçmaz iqtisadi rayonu üzrə 13.0 nəfər, Dağlıq Şirvan iqtisadi rayonu üzrə 10.8, Lənkəran-Astara iqtisadi rayonu üzrə 9.7, Mil-Muğan iqtisadi rayonu üzrə 8.6 nəfər təşkil edir. Xüsusilə də Daşkəsən (8 nəfər), Gədəbəy (61 nəfər), Ucar (55 nəfər), Zərdab (47 nəfər), Yardımlı (39 nəfər) və Lerik (38 nəfər) rayonlarında həkimlərin sayının əhali sayına nisbətdə olduqca az olması və ixtisaslı kadr çatışmazlığı narahatlıq doğurur.
Bu vəziyyət "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə təsbit olunmuş tibbi-sosial yardımın hamı üçün mümkünlüyü prinsipinin, habelə vətəndaşların keyfiyyətli və bərabər tibbi yardım almaq hüququnun həyata keçirilməsini çətinləşdirən əsas amillərdəndir", - deyə deputat vurğulayıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2667 Tarix: 01 mart 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
TƏCİLİ: Azərbaycanda qadınlar 6 aylıq hərbi xidmət keçəcək? - AÇIQLAMA
Azərbaycanda qadınların hərbi xidmətə cəlb olunması məsələsi son dövrlərdə müzakirə olunan mövzulardan biridir. Xüsusilə müqavilə əsasında hərbi xidmətə başlayan qadınların xidmət şəraitinə uyğunlaşması və uzunmüddətli müqavilə bağlanmazdan əvvəl onların bu sahəyə münasibətinin müəyyənləşdirilməsi il
19 sentyabrQarabağda 23 saat 43 dəqiqə: Separatizmin sonu, suverenliyin tam bərpası
2023-cü il sentyabrın 19-u Azərbaycan tarixində sadəcə növbəti hərbi hadisənin başlanğıcı kimi deyil, üç onillikdən artıq davam edən separatizm probleminin son mərhələsinə qədəm qoyulduğu gün kimi yadda qaldı. Sentyabrın 20-də isə Azərbaycan Ordusunun lokal xarakterli antiterror tədbirləri nəticəsind
19 sentyabrDərslərin başlama saatı dəyişdirilir? SON DƏQİQƏ AÇIQLAMASI
Yeni dərs ilinin başlaması ilə paytaxtda nəqliyyat sıxlığı və təhsilalanların, eləcə də müəllimlərin təhsil müəssisələrinə gediş-gəlişiylə bağlı müəyyən problemlər yenidən gündəmə gəlib. Xüsusilə metro istiqamətində aparılan təmir və tikinti işləri ictimai nəqliyyatda sərnişindaşımanın yükünü artırıb
19 sentyabrDövlət bu şəxslərə ayda 220 manat verəcək - DETALLAR
Azərbaycan Respublikasının pensiya qanunvericiliyinə əsasən, vətəndaşın yaşa görə əmək pensiyasına hüquq qazanması üçün əsas kriteriyalardan biri 25 illik sığorta stajıdır. Lakin iş stajı bu həddən az olan və ya kifayət qədər iş təcrübəsi bulunmayan şəxslərin də pensiya və ya sosial təminat almaq imkanlar
19 sentyabrAzərbaycanda internet BAHALAŞIR - YENİ QİYMƏT
Oktyabrın 1-dən Azərbaycanda hazırda qiyməti 18 manat və ya daha aşağı olan bütün sabit internet tarifləri vahid minimum olan 25 manatlıq tarifə keçiriləcək. -a istinadla xəbər verir ki, dəyişikliklər yalnız genişzolaqlı internet üçün nəzərdə tutulmuş xidmətlərinə şamil ediləcək və mobil rabitə ilə mobi
19 sentyabr