Misirdə dünyanın ən bahalı və böyük muzeyi açılır
Misirdə yeni müasir Böyük Misir Muzeyi kompleksi (GEM) inşa edilir.
BiG.AZ atorus.ru-ya istinadən xəbər verir ki, muzey kompleksinin inşasına 1 milyard dollar ayrılıb.
Bu, hazırda dünyanın ən bahalı muzeyidir. Yeni muzey Böyük piramidaların yaxınlığında yerləşir. Turistləri cəlb etmək üçün muzeyin yaxınlığında Sfinks hava limanı tikilib. Bu muzey 300 min kvadrat metr ərazini əhatə edəcək və dünyanın ən iri muzeylərindən biri olacaq.
Muzeyə nəhəng sərgi salonları daxil edilir. Bunların əsasını qalereyalar təşkil edəcək - burada Tutanhamonun məzarından demək olar ki, bütün əşyaları nümayiş olunacaq.
Ziyarətçilər ilk dəfə olaraq bir məkanda əfsanəvi xəzinədən 5000 artefakt, o cümlədən fironun məşhur qızıl maskası, qızıl arabalar, sarkofaqlar, qızıl çarpayılar və döyüş arabaları, qiymətli daşlarla bəzədilmiş sədəf zinət əşyaları ilə tanış ola biləcəklər.
Həmçinin, firon Hufuya məxsus, ruhları axirətə aparan məşhur günəş gəmisi bu muzeydə sərgilənəcək. Onun uzunluğu 42 metr, yaşı 4600 ildir və dünyanın indiyədək qalan ən böyük qədim taxta gəmisidir.
Muzeyə giriş yerli əhali üçün 60 Misir funtu, yerli tələbələr üçün 30 funt olacaq. Xarici turistlər üçün Böyük Misir Muzeyinə biletin qiyməti 200 funt, əcnəbi tələbələr üçün 100 funt təşkil edəcək.
Muzeyin açılışının nə vaxt olacağı barədə hələlik rəsmi məlumat verilməyib. Bundan əvvəl ölkənin Turizm Nazirliyi açılışın 2023-cü ildə olacağını açıqlamışdı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Sabahın havası: Yağış, şimşək, duman...
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto