ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib.
"Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.
İtaliya hökumətinin başçısı ilə danışıqların mümkünlüyü barədə suala cavab verən Tramp onunla münasibətlərinin yaxşı olduğunu vurğulayıb.
"Onunla münasibətlərim əladır. Düşünürəm ki, yəqin ki, görüşəcəyik", - ABŞ Prezidenti deyib.
Qeyd edək ki, iyunda Tramp və Meloni arasında ictimaiyyət qarşısında kəskin bəyanat mübadiləsi baş verib. ABŞ Prezidenti İtaliyanın Baş nazirini nankorluqda və G7 sammitində çəkilmiş birgə fotodan öz populyarlığını artırmaq məqsədilə istifadə etməyə çalışmaqda ittiham edib.
Meloni isə cavabında Trampa öz reytinqinə diqqət yetirməyi tövsiyə edib və onunla dostluq münasibətlərinin öz populyarlığının artmasına kömək etmədiyini bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda bu qadağa bu gündən qüvvədən düşdü
İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: Vəfa Şərifovanın qardaşına yeddi min manat ödəyəcək
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Pensiya kapitallarında dəyişikliklərlə bağlı DSMF-dən açıqlama
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)