"Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir" - DEPUTAT

"Ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir" - DEPUTAT"2 Fevral hər il ölkəmizdə Azərbaycan Gəncləri Günü kimi qeyd olunur. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük qayğı ilə yanaşan ümumimilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si ölkəmizdə Azərbaycan Gəncləri Günü elan edilib.Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapıb. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə daxil olub. Ulu öndərin gənclər siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu dəstəkləyir, bu siyasətin həyata keçirilməsində daima onun yanındadırlar.
Azərbaycan gəncləri fəaliyyətlərində dövlətin qayğısını hər zaman hiss ediblər. Onlar öz nailiyyətləri ilə onlara göstərilən etimadı hər zaman layiqincə doğrultmağa çalışıblar".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

"Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, Vətən və dövlət qarşısında məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın sürətlə inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verməyə çalışırlar.İkinci vətən müharibəsi zamanı ön cəbhədə döyüşən Vətən qəhrəmanlarının əksəriyyəti gənclər idi. Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır. Gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxaraq cənab prezidentin "Dəmir yumruq"-u ətrafında sıx birləşdilər.
Bu gün gənclərimiz təhsil sahəsində də bir çox yeni uğurlara imza atırlar. Bu məsələ hər birimizi qürurlandırır. Hər bir gəncin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Təhsilli hər bir gənc özünə daim inamlı və bacarıqlı olur.
Heç şübhəsiz ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub. Əgər bir ölkədə gəncliyə yüksək diqqət və qayğı varsa, deməli o cəmiyyətdə gənclər proqressiv, intellektual, mənəvi və fiziki baxımından sağlam olacaqlar. Gənclik böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir.
Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailə, vətən və cəmiyyəti qarşısında məsuliyyətini tam dərk etməli və dövlətçilik ənənələrinin möhkəmlənməsinə töhfə verməyə çalışmalıdır".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 604   Tarix: 02 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Ərinə yaraşmırsan" dedilər, əməliyyatla üzünü DƏYİŞDİRDİ - VİDEO

Taylandlı məşhur bloqer Gunpirom Wisadsing sosial şəbəkələrdə tənqidlərin hədəfinə çevrilib. xəbər verir ki, təxminən 2 milyona yaxın izləyicisi olan fenomenin paylaşımlarına yazılan bəzi rəylərdə onun həyat yoldaşına yaraşmadığı iddia edilib. Bu fikirlər geniş müzakirələrə səbəb olub. Bildirilir ki

30 aprel
.

Sabah 26° isti olacaq

Mayın 2-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimal

1 may
.

Azər Əliyev Hacı Əliyevin ad günündə - Fotolar

Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu Hacı Əliyevin 35 yaşı münasibətilə keçirdiyi məclisə qatılıb. Axşam.az xəbər verir ki, məclisdən fotoları H.Əliyev sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, Azər Əliyev Prezident İlham Əliyevin bacısı Sevi

1 may
.

Maştağadakı psixiatriya mərkəzindən xəstələr qaçıb? - Rəsmi açıqlama

Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı məlumat yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, məlumat əsassızdır. "Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşə

1 may
.

Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib. Məsələ ilə bağlı Baş Prokurorluqdan -ın sorğusun

1 may
.

Bakıda məşhur restoranın qazı kəsildi - Külli miqdarda borca görə...

Bakı şəhəri, Nərimanov Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "Neşve Cafe-Restaurant"a qaz təminatı dayandırılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, buna səbəb isə restoranın "Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qazın İstismarı İdarəsinə külli miqdard

1 may
.

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri bu gün Bakı şəhərinin Səbail və Yasamal rayonlarını əhatə edən İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər. "Qafqazinfo" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Elda

1 may
.

Bakı Dövlət Sirkinin əmlakı qanunsuz satılıb? - AÇIQLAMA - FOTO

"Bakı Dövlət Sirkinin əmlakı - zirzəmidə olan mühərriklər, ümumilikdə 6-7 ton dəmir talan olunaraq satılıb". "Qafqazinfo"ya istinadla xəbər verir ki, bunu əvvəllər sözügedən sirkdə pəhləvan kimi çalışmış Emin Süleymanov bildirib. Onun sözlərinə görə, sirk rəhbərliyi fəhlələrə maa

1 may
.

Hamı onu ATIR: Çiyələyin bu hissəsi də yeməlidir

Çiyələyin yaşıl hissəsi, yəni çanaq yarpaqları və saplağı qida üçün yararlıdır və zəhərli deyil. Onların tərkibində antioksidantlar və C vitamini mövcuddur. Lakin bu hissənin dadı bir qədər acı olduğuna görə hər kəs tərəfindən sevilməyə bilər. -a istinadən xəbər verir ki, bu barədə xarici mediaya istinadl

1 may