"Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi və ona miras qalmış bu gözəl diyarı qoruyub yaşadır" - DEPUTAT
"Azərbaycan gənclər ölkəsidir deyən Ulu Öndər Heydər Əliyev dövlət idarəçilliyində gənclər siyasətinin banisi oldu".
Bunu Sonxeber.az-a danışan deputat Müşfiq Cəfərov bildirib.
Deputat qeyd edib ki, bu gün də həmin siyasət uğurla davam edir:
"Cənab Prezident İlham Əliyev də öz növbəsində gənclərə xüsusi diqqət və qayğı ilə yanaşır. Ölkə başçısının gənclərlə bağlı imzaladığı bir çox sənədlər isə respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini əsaslarını müəyyən edib. Dövlətimiz gənclərin bütün sahələrdə aktivliyinin təmini üçün ölkədə şərait qurub. Mən deyərdim ki, Azərbaycan gənci bu diqqət və qayğıya tam şəkildə layiqdir.
Həqiqətən də gənclik böyük qüvvədir. Bu gün Azərbaycan gəncləri ölkəmizin dəyərli vətəndaşları olduqlarını öz fəaliyyətləri ilə sübut etmişlər".
Deputat vurğulayıb ki, müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin fəallığının rolu olduqca böyükdür:
"Bunun ən bariz nümunəsini 44 günlük vətən müharibəsi göstərdi. Gənclərimiz üzünü cəbhəyə tutdu, əlinə silah alıb öz torpaqları üçün vuruşdu.Gənclər müharibəyə könüllü yollandı, hətta bir çoxu gedib döyüşmək üçün səbrsizlik göstərirdi. Mən şəxsən təmsil etdiyim Gəncə şəhərində həmin ərəfədə gördüyüm mənzərə qarşısında böyük bir fəxarət hissi keçirdirdim. Azərbaycan gənci ən yaxşı şəraitə və diqqətə layiqdir. Biz bundan sonra da daim gənclərin həyatını daha da asanlaşdırmaq üçün çalışmalıyıq.
Düşünürəm ki, böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, dövlətimizi, ona miras qalmış bu gözəl diyarı qoruyub yaşadır".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Sabahın havası: Yağış, şimşək, duman...
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto