Aktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLAR

Aktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLARQazaxıstanın Aktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib.

Forum Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu, Yessenov Universitetinin və Azərbaycan Mərkəzinin tərəfdaşlığı ilə "Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.

Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulu vəzifəsini icra edən Elçin Məmmədov forumda qazax dilində çıxış edib. O Azərbaycan - Qazaxıstan münasibətlərindən danışıb, iki ölkənin dostluğundan bəhs edib.

Aktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLARMilli Məclisin üzvü, deputat Vüqar İskəndərov çıxışında bildirib ki, Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir:

"Azərbaycanda həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri gənclər siyasətidir. Gənclərimiz bütün sahələrdə, istər elm, istər idman, istər hərbi və digər sahələrdə həmişə Azərbaycanın bayrağını zirvələrə daşımağı bacarırlar. Əlbəttə onlar üçün bu şəraitin yaradılması da həmin gənclərin üzə çıxmasında mühüm rol oynayır".

Aktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLARTədbirdə çıxış edən Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucov da öz növbəsində Azərbaycan və Qazaxıstan münasibətləri haqda danışıb. O bildirib ki, Azərbaycan gəncləri Qazaxıstanda aktiv şəkildə proseslərdə iştirak edir, hər iki ölkənin həqiqətlərinin dünyaya çatdırılmasına yardımçı olur.

Aktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLARDaha sonra çıxış edən Gəncliyin Sosial-İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov forumun keçirilməsində dəstək olan Azərbaycan Gənclər Fondunda təşəkkür edib.

Aktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLARGənclər Fondunun şöbə müdiri Faiq Məmmədov çıxışında fondun fəaliyyəti və beynəlxalq layihələr verdiyi dəstək haqda danışıb.

Aktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLARQazaxıstan Respublikasının Mangistau vilayətinin Aktau şəhər Məsləhətinin üzvü Şəmsəddin Hüseynov, Yessenov Universitetinin prorektoru Əskər Seyidəliyev, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli Qazaxıstan - Azərbaycan əlaqələrindən danışıblar.

Aktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLARForum daha sonra panel şəklində davam edir.

Azərbaycan - Qazaxıstan əlaqələri "dünən, bu gün, sabah" və "Azərbaycan - Qazaxıstanın gənclər siyasəti" müzakirə edilib.

Gənclər Fondunun şöbə müdiri Faiq Məmmədov və "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı Azərbaycanda həyata keçirilən gənclər siyasəti haqda məlumat verib.

Sonda forum iştirakçılarına sertifikatlar təqdim edilib.
Aktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLARAktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLARAktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLARAktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLARAktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLARAktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLARAktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLARAktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLARAktau şəhərində Azərbaycan - Qazaxıstan gənclərinin həmrəylik forumu keçirilib - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1115   Tarix: 02 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç

11 oktyabr
.

Məktəblərdə geyim qaydaları ilə bağlı BƏYANAT: "Vətəndaşlarımızı təxribatlara uymamağa dəvət edirik"

Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "Son günlər İran və digər xarici ölkələrin internet resurslarında Azərbaycanın nümunəvi dünyəvi dövlətçilik modelini hədəfə alan, ölkəmizdə şəriət prinsiplərinə əsaslanan dövlət quruluşunu

11 oktyabr
.

Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində

12 oktyabr
.

Vahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri

Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın

11 oktyabr
.

Vahid məktəbli forması ətrafında müzakirələr və İranın informasiya təsirləri: Təhsil, milli kimlik və dövlətçilik məsələsi

Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələrə yalnız geyim qaydaları çərçivəsində yanaşmaq məsələnin ictimai və siyasi mahiyyətini tam əhatə etmir. Bu mövzu təhsil sisteminin dünyəvi xarakteri, uşaqların hüquqları, milli-mənəvi dəyərlərin qorunması və xaricdə

12 oktyabr
.

Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?

Məktəblərdə vahid geyim formasının tətbiqi, təhsil müəssisələrinin şüşələrinin sındırılması, direktorların avtomobillərinin yandırılması və məktəb binalarına od vurmaq cəhdləri cəmiyyətin diqqət mərkəzində dayanmalı olan ciddi məsələlərdir. Söhbət təkcə təhsil müəssisələrinin daxili intizamından və y

12 oktyabr
.

Faciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto

Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş. -a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir. Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il oktyabrı

12 oktyabr
.

Vahid məktəbli forması: təhsildə bərabərlik, sosial məsuliyyət və məktəb mədəniyyətinin strateji əhəmiyyəti

Təhsil sistemində aparılan islahatların səmərəliliyi yalnız tədris proqramlarının yenilənməsi, müəllimlərin peşəkarlığının artırılması və müasir texnologiyaların tətbiqi ilə ölçülmür. Təhsil müəssisələrində yaradılan sosial mühit, şagirdlər arasında münasibətlər, bərabər imkanların təmin edilməsi v

11 oktyabr
.

Vahid məktəbli forması təhsildə bərabərliyin təminatı, xarici müdaxilələrə qarşı isə milli şüurun qorunmasıdır

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən əsas strateji sahələrdən biridir. Məktəb yalnız uşaqlara bilik verən müəssisə deyil, həm də milli kimliyin, vətənpərvərlik hissinin, mənəvi dəyərlərin və sağlam dünyagörüşünün formalaşdığı mühüm ictimai məkandır. Bu baxımdan, vahid məktəbli formasının tətbiqi

12 oktyabr