Bərdədə iki avtomobil toqquşdu: Ölənlər və xəsarət alan var - YENİLƏNİB
TƏBİB Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində yaralananlarla bağlı məlumat verib.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Baş verən hadisə ilə bağlı 3 nəfər Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
"Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Həkimlərin səyinə baxmayaraq, vəziyyəti ağır olan iki nəfər dünyasını dəyişib. Hazırda bir nəfərin müalicəsinə davam edilir. Vəziyyəti ağırdır", - deyə məlumatda bildirilib.
19:43
Bərdədə baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı yaralananlardan biri vəfat edib.
Bu barədə Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev məlumat verib.
O bildirib ki, hadisə nəticəsində yaralanan digər şəxsin vəziyyəti ağır olaraq qalır:
"Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib".
19:07
Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, iki nəqliyyat vasitəsi toqquşub və qəza nəticəsində ölənlər var.
Hadisəni Oxu.Az-a Baş Dövlət Yol Polisi İdarəsindən təsdiq ediblər.
İdarənin İcrimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyev bildirib ki, qəza Yevlaz-Ağdam-Laçın yolunun 38-ci kilometrində Bərdə rayonu Kətəlparaq kənd ərazisində qeydə alınıb:
"Niva" markalı, 90-EA-774 nömrə nişanlı avtomobil ilə "Mercedes" markalı, 34-BK-302 dövlət nömrə nişanlı maşınlar toqquşub. İlkin mılumata görə, qəzada üç nəfər ölüb, iki nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Sabahın havası: Yağış, şimşək, duman...
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto