Küləkli və yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? - FAKTİKİ HAVA
Ölkə ərazisində müşahidə olunan küləkli və yağıntılı hava şəraiti fevralın 3-ü axşamadək davam edəcək, 4-ü havanın mülayim, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Bu barədə Sonxeber.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, fevralın 3-nə olan məlumatına əsasən, hava şəraiti qeyri-sabit keçib, bəzi rayonlarda arabir yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda isə qar yağıb.
Düşən yağıntının miqdarı İsmayıllı, Şamaxı, Qaxda 13.0 mm, Ağsu, Xaltanda 12.0 mm, Altıağacda 11.0 mm, Balakən, Qəbələ, Şahdağ, Şəkidə 10.0 mm, Ağdərə, Qobustanda 9.0 mm, Zaqatalada 8.0 mm, Oğuzda 7.0 mm, digər rayonlarda 1.0-6.0 mm, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.
Dağlıq və dağətəyi rayonlarda müşahidə olunan qar nəticəsində qar örtüyü əmələ gəlib, hündürlüyü: Qaxda 19 sm, Altıağacda 17 sm, Xaltanda 12 sm, Şahdağ, Qrızda 10 sm, Şamaxıda 6 sm, Qobustanda 4 sm, Qusarda 2 sm, Qubada 1 sm olub.
Daşkəsən, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Qrız, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Cəfərxan, Hacıqabul, Biləsuvar, Lerikdə dumanlı hava müşahidə olunub, görünüş məsafəsi 50-500 metrədək məhdudlaşmışdır.
Şimal-qərb küləyi Tərtər, Naxçıvanda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 18 m/s-dək güclənib.
Fevralın 3-də havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4°-dək isti, Naxçıvanda 5°-dək şaxta, dağlıq rayonlarda 11°-dək şaxta, aran rayonlarında 3-6° isti olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Sabahın havası: Yağış, şimşək, duman...
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto