İranda yeni etiraz: Rejimin şah damarını belə kəs!
İranda həmişə toplumsal hərəkətlər olub. Özü ilə bərabər bəzi yeniliklər də gətirib. Biz bu toplumsal, inqilabçı və protest hərəkətləri xalqın küçələrdə rejimə qarşı şüarlarında, nümayişlərdə deyil, başqa şəkildə də görə bilərik. Bu etirazlar passiv dirəniş və passiv müqavimət yolu ilə davam edir.
Bu sözləri Təbriz Tədqiqat Mərkəzinin Eksperti və "Varlıq" jurnalının yazıçılar şurasının üzvü Babək Şahidi deyib.
O, İrandakı aksiyaların davam edən müxtəlif formalarından danışıb:
"Etiraz formaları arasında pulların üzərində müxtəlif məzmunlu sözlərin yazılması, eləcə də divarlara milli şüarların həkk olunmasını misal göstərmək olar. Etirazçılar, xüsusilə də gənclər hər bir şəhərin rəmzi olan binaların qarşısında şəkil çəkməklə öz münasibətini bildirmiş olur. Məsələn, Tehranda Azadi meydanında gənclərin rəqs etməsi buna nümunədir. Xanımların Hədis Nəcəfi kimi saçlarını bağlama şəkli də məşhur trendlərdəndir. Gənclər saçlarını bu cür yığıb video çəkir, paylaşım edirlər. Təbrizdə Ərk qalasının yanında, yaxud da Şəhriyarın məzarının önündə rəqs nömrələrinin təşkil olunması - bunlar bir rəmzi məna daşıyan hərəkətlər olaraq meydana çıxıb və indi də davam edir".
Babək Şahidi bildirib ki, həvəskar musiqi qruplarının kütləvi etirazlarla bağlı mahnılar oxuması da aksiyanın geniş yayılmış formalarındandır:
"Buna "devrim öz sənətini yaradıb" da demək olar. Son zamanlarda İranda, Güney Azərbaycanda rep və rok musiqi qruplarının məşhurlaşdığını görə bilərik. 20 yaşlı azərbaycanlı gənc repçinin üsyankar musiqləri geniş kütlə tərəfindən izlənilir. Ola bilər ki, küçə və meydanlarda sakitlikdir, lakin passiv dirəniş bu etirazların davam etdiyini göstərir. Yaxın zamanlarda o passiv dirəniş dinamik dirənişə dönəcəkdir", - deyə o vurğulayıb.
O, qadınların hicab geyinmə ənənəsindəki dəyişikliklərə də toxunub:
"İnqilabın əvvəlində qadınlar çarşab geyinmək məcburiyyətində idilər. Lakin passiv dirənişin sayəsində çarşab taxmaq şəkli də dəyişdi. Əvvəlki kimi tamamilə örtülü deyil, Tehranda boyunlarına şal taxaraq gəzən qadınları görmək olar. Bu, İranın şəriətçi zehniyyətinə qarşı göstərilən passiv dirənişdir. Bu aksiyalar uzun müddətdir var, gənc nəsil tərəfindən də həyata yenidən vəsiqə alıb".
Qeyd edək ki, İranda banklardan pul çıxarılması və pulun üzərinə şüarların yazılması aksiyası geniş yayılıb. Sosial şəbəkələrdə "bank hesabından pul çıxar, Xamenei rejiminin şah damarını kəs" kampaniyası başladılıb./Axar
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1075 Tarix: 05 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər
11 oktyabrTramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
11 oktyabrGömrükdən 67 piton keçirənlər saxlanıldı
Türkiyənin Ədirnə vilayətindəki Kapıkule gömrük-keçid məntəqəsində ölkəyə qanunsuz gətirilməsinə cəhd edilən 67 canlı piton aşkarlanıb. yerli mediaya istinadla xəbər verir ki, şübhəli şəxslərə ümumilikdə 948 min 739 (32 735 manat) lirə inzibati cərimə tətbiq olunub. Bildirilib ki, vəhşi təbiətə təhlük
11 oktyabrKiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Ukraynanın paytaxtı Kiyev sakinlərinə su, qida ehtiyatı toplamaq və fövqəladə hallar üçün portativ batareyaları doldurmaq barədə xəbərdarlıq edilib. "Report"un Şərqi Avropa bürosunun məlumatına görə, bu barədə şəhər administrasiyası məlumat yayıb. Xəbərdarlıqda bildirilib ki, Rusiya ordusunu
11 oktyabrTürk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını
11 oktyabrBelçikada kütləvi tətil nəqliyyat və məktəblərin işini pozub
Belçikada dövlət sektoru işçilərinin büdcə xərclərinin planlaşdırılan ixtisarına qarşı ümummilli tətili ictimai nəqliyyatın, dəmiryolu əlaqəsinin, məktəblərin və dövlət teleradio yayımının işində fasilələrə səbəb olub. xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. Tətil federal büdcəni
12 oktyabrTramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində
11 oktyabr