Danimarkalı səyyah: "Qarabağın çox böyük turizm potensialı var"

Danimarkalı səyyah: "Qarabağın çox böyük turizm potensialı var""Qarabağın çox böyük turizm potensialı var".

Bu barədə Trend-in suallarını cavablayarkən danimarkalı səyyah Maqnus Nilsen deyib.

O bildirib ki, Qarabağın təkcə təbiəti belə buraya səyahət etmək üçün yetərlidir.

"Dünən Şuşaya səfər edərkən oranın təbiəti və Cıdır düzü həqiqətən məndə xoş təəssüratlar yaratdı. Daha əvvəl Şuşa haqqında eşitmişdim, lakin bu dərəcədə füsunkar mənzərə ilə qarşılacağımı gözləmirdim. Qarabağın çox böyük turizm potensialı var. Burada bərpa-quruculuq işləri çox intensiv aparılır. Əlbəttə, istəyirəm ki, insanlar öz torpaqlarına tezliklə qayıtsınlar. Mən də 5-10 il sonra buraya yenidən gəlmək istərdim",- deyə o əlavə edib.

Qeyd edək ki, geniş tərkibdə beynəlxalq səyahətçilər qrupunun bu gün Laçın şəhərinə səfəri başlayıb. 30 nəfərlik heyətə 12 ölkənin - ABŞ, Böyük Britaniya, İrlandiya, Belçika, Almaniya, Fransa, Danimarka, Niderland, İtaliya, İspaniya, Braziliya və Rusiyanın tanınmış səyyahları daxildir.

Bu səfər bir daha azad edilmiş ərazilərdəki dağıntılara, burada aparılan quruculuq-bərpa, minatəmizləmə işlərinə beynəlxalq səyahətçilərin marağının xeyli artdığını nümayiş etdirir. Belə ki, dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania və Türkiyə Gəzginlər Klubunun geniş tərkibdə heyətlərinin ötən iki ildə 5 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Səfərlərin biri 2021-ci ildə, dördü isə 2022-ci ildə olub.

Xatırladaq ki, səyahətçilərin ötən gün işğaldan azad edilmiş ərazilərə səfəri başlayıb. Onlar dünən Füzuli-Xocavənd-Şuşa marşrutu üzrə hərəkət ediblər.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1265   Tarix: 05 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?

Məktəblərdə vahid geyim formasının tətbiqi, təhsil müəssisələrinin şüşələrinin sındırılması, direktorların avtomobillərinin yandırılması və məktəb binalarına od vurmaq cəhdləri cəmiyyətin diqqət mərkəzində dayanmalı olan ciddi məsələlərdir. Söhbət təkcə təhsil müəssisələrinin daxili intizamından və y

12 oktyabr
.

Vahid məktəbli forması: təhsildə bərabərlik, sosial məsuliyyət və məktəb mədəniyyətinin strateji əhəmiyyəti

Təhsil sistemində aparılan islahatların səmərəliliyi yalnız tədris proqramlarının yenilənməsi, müəllimlərin peşəkarlığının artırılması və müasir texnologiyaların tətbiqi ilə ölçülmür. Təhsil müəssisələrində yaradılan sosial mühit, şagirdlər arasında münasibətlər, bərabər imkanların təmin edilməsi v

11 oktyabr
.

Vahid məktəbli forması və İranın mümkün ideoloji müdaxiləsi: Azərbaycan təhsilinin qorunması milli təhlükəsizlik məsələsidir

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən strateji sahədir. Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil, həm də milli kimliyin, vətəndaşlıq məsuliyyətinin, mənəvi dəyərlərin və müstəqil düşüncə qabiliyyətinin formalaşdığı mühüm ictimai institutdur. Buna görə də Azərbaycanda vahid məktəbl

12 oktyabr
.

Sabunçuda psixotrop maddə qəbul edən şagird məktəbdə intihara cəhd edib

Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini, 2014-cü il təvəllüdlü (12 yaş) Nəbiyeva Mədinə Ruslan qızı bu gün təhsil aldığı 94 nömrəli məktəbin ikinci mərtəbəsindən özünü ataraq intihara cəhd edib. APA-nın əldə etdiyi məlumata görə, uşağın çantasında psixotrop dərmanlar aşkar olunub. Direktorun məlumatın

12 oktyabr
.

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto

Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl

12 oktyabr
.

Sabahın havası: Yağış, şimşək, duman...

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində

11 oktyabr
.

Vahid məktəbli forması ətrafında müzakirələr və İranın informasiya təsirləri: Təhsil, milli kimlik və dövlətçilik məsələsi

Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələrə yalnız geyim qaydaları çərçivəsində yanaşmaq məsələnin ictimai və siyasi mahiyyətini tam əhatə etmir. Bu mövzu təhsil sisteminin dünyəvi xarakteri, uşaqların hüquqları, milli-mənəvi dəyərlərin qorunması və xaricdə

12 oktyabr
.

Xoşqədəm Hidayətqızı: "Məktəbdə vahid geyim qaydası var, hamı əməl etməlidir"

Əməkdar jurnalist, televiziya aparıcısı Xoşqədəm Hidayətqızı məktəblərdə vahid geyim qaydaları və hicabla bağlı müzakirələrə münasibət bildirib. xəbər verir ki, Xoşqədəm Hidayətqızı Sovet dövründə məktəblərdə tətbiq olunan vahid forma qaydalarını xatırladaraq, şagirdlərin müəyyən edilmiş geyim tələblərin

12 oktyabr
.

Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini

12 oktyabr