Türkiyədə zəlzələ qurbanlarının sayı 1762 nəfərə çatdı - YENİLƏNİB+VİDEO

Türkiyədə zəlzələ qurbanlarının sayı 1762 nəfərə çatdı - YENİLƏNİB+VİDEOTürkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) yaydığı məlumata görə, ölkədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 762, yaralıların sayı isə 12 068 nəfərə çatıb.

Yeraltı təkanlar nəticəsində 5 606 bina dağılıb. /Oxu.az

20:35

Türkiyədə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 1 541-ə, yaralıların sayı isə 9 733-ə çatıb.

Bu barədə Türkiyə Prezidentinin köməkçisi Fuat Oktay məlumat yayıb.

O bildirib ki, yeraltı təkanlar nəticəsində 3 471 bina tamamilə dağılıb. /Oxu.az

16:15

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı durmadan artır. Ölənlərin sayı 1014 nəfərə çatıb.

***14.16

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı durmadan artır. 912 nəfər zəlzələ nəticəsində ölüb, 5385 şəxs yaralanıb. 2 min 470 nəfər dağıntılar altından xilas edilib. 2 min 818 bina isə dağılıb.

***11.07

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır.

BAKU.WS xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb. O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.

***08.47

Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 76-ya çatıb. Yaralıların sayının 440-a çatdığı bildilir.

BAKU.WS xəbər verir ki, Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 17-ə çatıb.

***08.36

Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 51 nəfər ölüb.

BAKU.WS xəbər verir ki, Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 17-ə çatıb.

Diyarbakır şəhərində ölkənin böyük hissəsini əhatə edən zəlzələ nəticəsində 6 nəfər ölüb, 79 nəfər yaralanıb.

Osmaniyə şəhərində 34 bina dağılıb, 5 nəfər həlak olub.

***07:39

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə baş verən güclü zəlzələdən ən çox zərər çəkən bölgələri açıqlayıb. Bunlar Kahramanmaraş, Hatay, Qaziantep, Osmaniyə, Malatya və Adıyamandır.

Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz bildirib ki, zəlzələdən şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.

Şanlıurfa şəhərinin valisi Salih Ayhan açıqlayıb ki, 16 bina dağılıb. 10 vətəndaş ölüb.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 12901   Tarix: 06 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Tokayev 2035-ci ilə qədər MDB-nin İnkişaf Strategiyasını hazırlamağı təklif edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev diqqəti iqtisadiyyat, energetika, infrastruktur, yüksək texnologiyalar və insan kapitalına yönəltməklə 2035-ci ilə qədər MDB-nin İnkişaf Strategiyasını hazırlamağı təklif edib. "Report"a istinadla xəbər verir ki, o bu barədə MDB Dövlət Başçıları Şurasını

11 oktyabr
.

Rəsmi Kiyev Trampın Ukraynada yeni prezident seçilməsinə dair sözlərinə cavab verib

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ağ Ev rəhbəri Donald Trampın Ukraynanın "yeni prezident seçmək vaxtının gəlib çatdığı" barədə bəyanatına münasibət bildirib. "Report" xəbər verir ki, müvafiq paylaşım ukraynalı nazirin "X" sosial şəbəkə hesabında yerləşdirilib

11 oktyabr
.

Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb

ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"

11 oktyabr
.

Fransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb

Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat

11 oktyabr
.

Marsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?

Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd

12 oktyabr
.

Tramp seçkilərdən əvvəl İrana zərbələr endirmək qərarını dəyişə biləcəyini istisna etməyib

ABŞ Prezidenti Donald Tramp noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl İrana genişmiqyaslı zərbələr endirməmək planına yenidən baxa biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, İrana seçkilərdən əvvəl zərbələr endirilməsinə icazə verilməsi barədə qərarını dəyişə biləcəyi il

11 oktyabr
.

İndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb

İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met

12 oktyabr
.

WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib

ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"

11 oktyabr
.

Meteor yağışı olacaq

Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2

12 oktyabr