"Yaşım az olsa da, balalarım həmişə yanımda olublar" - Cəbrayıl Dövlətzadənin anası
"Çox pozitiv uşaq idi. Mən övladlarımla ana kimi yox, dost kimi olmuşam. Övladlarımın 3-ü ilə də belə olmuşam. Kiçik oğlumun 15 yaşı var, qızım isə 25 yaşın içindədir. 3-ü də mənə dost olublar. Yaşım az olsa da, balalarım həmişə yanımda olublar".
BiG.AZ xəbər verir ki, bu sözləri ATV kanalında yayımlanan "Zaurla Günaydın" proqramında Vətən müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin anası Məleykə Məmmədzadə deyib.
"Cəbrayıl qardaşına, bacısına və mənə dayaq olub. İki qardaşım rəhmətə gedib. Biri 17, digəri 27 yaşında rəhmətə gediblər. Qardaşım yoxdur. Oğlum elə bil ki, mənim qardaşım idi, hər şeyim idi. Hər kəsi onun yerinə qoymuşdum. O tamam başqa uşaq idi. Uşaqlıqdan çox kişi xüsusiyyəti var idi, kişi xarakterli idi. Hər şeyə can atan, nəyisə deyirdin ki, bunu elə edirdi, bacarmadığı iş yox idi. Hər bir şeyi bacarırdı. Özü istəyirdi ki, nəsə əldə etsin".
Anası bildirib ki, Cəbrayıl həmişə tanınmaq istəyib və ifaçı olmaq arzusunda olub. O, uşaq vaxtından işləyib və ailəsinə dəstək olub.
"Həmişə xoşu gəlirdi ki, adı-sanı çıxsın. Tanınmağı çox xoşlayırdı.
Heç vaxt acımı göstərən biri olmamışam. Sevmirəm ki, kimsə mənlə bərabər üzülsün, məyus olsun. Hər zaman içimdə çəkirəm acını. Amma həmişə qürur duyuram ki, belə bir övladım olub. Həmişə adımı, başımı uca edən, hər zaman özünü elə göstərib ki, yəni tək olsaq da, adı, sanı ilə, pis hərəkətlər etməyən biri olub. Mənim oğlum o qədər ağıllı, tərbiyəli uşaq olub ki, istəməyib anası əziyyət çəksin. 12 yaşından işləyib, mənə kömək olub. İlk dəfə restoranda ofisiant işləyib. Bir manatına kimi evə gətirirdi. Əziyyətlə də böyütsəm, mənim uşaqlarım həmişə gəşəng geyiniblər, həmişə də gözəl görünüblər. Heç kəsin yanında məyus olmayıblar. Hər zaman geyimləri, keçimləri ilə seçiliblər".
Qeyd edək ki, Cəbrayıl Dövlətzadə 2020-ci ilin 28 sentyabrında Cəbrayıl-Füzuli istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində döyüşərək böyük şücaət göstərib, erməni generalını və polkovnikini öldürərkən 19 yaşında şəhid olub.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2936 Tarix: 06 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
11 oktyabrFransa Niger səfirliyinin iki əməkdaşını ölkədən çıxarıb
Fransa hakimiyyəti respublikadakı Niger səfirliyinin iki əməkdaşını arzuolunmaz şəxs elan edərək, sentyabr ayında onları ölkədən çıxarıb. -ın xəbərinə görə, bu barədə "Le Monde" nəşri Fransa diplomatik mənbəsinə istinadən məlumat verib. Nəşr qeyd edir ki, qovulmuş iki əməkdaş Niger kəşfiyyat
11 oktyabrMarsda hər gün 1600 km uzunluğunda nəhəng bulud yaranır: Onun sirri nədir?
Bir neçə il əvvəl Marsda hər gün yaranan və sonra yoxa çıxan, təxminən 1600 kilometr uzunluğunda bulud haqqında məlumat yayılıb. "Arsia Mons Elongated Cloud" (AMEC) adlandırılan bu buludun tədqiqatçıların düşündüyündən daha qəribə olduğu ehtimal edilir. Qaynarinfo xəbər verir ki, bu barəd
12 oktyabrİndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabrWSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"
11 oktyabrMeteor yağışı olacaq
Oktyabr ayının ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21-2
12 oktyabr