Olimpiadada uğur qazanan 15 yaşlı məktəbli - VİDEO
İsmayıllıdan olan 15 yaşlı məktəbli Emil Ağamirzəyev Azərbaycanı dünyanın ən nüfuzlu bilik yarışında təmsil edərək böyük uğur qazanıb.
Emil bu yarışa çox böyük həvəslə hazırlaşdığını deyib. O, bir neçə dəfə Azərbaycanda keçirilən bilik yarışlarında ən yüksək nəticə göstərdiyi üçün dünya olimpiadasına qatılıb.
Emil hər qatılığı yarışda bilik və bacarığını təkmilləşdirib, bu sahədə qarşısına qoyduğu bütün öhdəlikləri layiqincə yerinə yetirib.
Sonuncu dəfə Türkiyənin İstanbul şəhərində 45 ölkənin iştirakı ilə baş tutan və ingilis dilində 4 fənn üzrə keçirilən olimpiadada 6-cı yerə layiq görülüb. Onu ilk təbrik edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov olub.
Emilin təhsil aldığı İsmayıllı rayon Talıstan kənd məktəbi yüksək nəticəsi olan məktəblərdəndir. Müəllimləri onun çalışqan şagird olduğunu deyiblər.
Azərbaycanda bir ilkə imza atan gənc məktəbli indi öz uğuru ilə hər kəsin diqqət mərkəzindədir. Gecə-gündüz çalışan Emil əldə etdiyi uğurda müəllimlərinin böyük rolunun olduğunu deyib.
Gələcəkdə hüquqşünas olmaq istəyən Emil Ağamirzəyev Azərbaycanı yüksək platformalarda təmsil etmək arzusundadır./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2063 Tarix: 07 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın
11 oktyabrMəktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı
Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini
12 oktyabrZəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb
2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind
11 oktyabrAzərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro
11 oktyabrAzərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı vurğuladığı kimi, ideoloji təhlükəsizlik dövlətin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin təsir imkanlarını
12 oktyabr