Qardaş ölkəyə yardım üçün hansı əşyalar göndərilməlidir? - AÇIQLAMA + SİYAHI + FOTO

Qardaş ölkəyə yardım üçün hansı əşyalar göndərilməlidir? - AÇIQLAMA + SİYAHI + FOTOTürkiyədə zəlzələ ilə bağlı əhaliyə yardım kampaniyası çərçivəsində göndəriləcəklər içərisində ehtiyac duyulmayan əşyaların olduğu müşahidə edildiyindən Türkiyə səfirliyi kampaniyaya dəstək olanlara müraciət ünvanlayıb.

Mövzu ilə bağlı daha ətraflı Oxu.Az-a açıqlamasında yardım kampaniyasının qrup rəhbərlərindən biri Ferhad Çeğil məlumat verib.

O bildirib ki, insanlar, demək olar ki, evlərində olan bütün əşyaları göndərməyə çalışırlar, buna görə təşəkkür edirlər, amma bir məqam var:

"Ötən gün toplanan yardımlar çeşidlənərkən mövcud vəziyyətdə Türkiyədə əhalinin ehtiyac duymadığı bir çox əşyaların olduğunu gördük. Bugünkü vəziyyətdə bizə daha çox elan etdiyimiz siyahı üzrə əşyalar, geyimlər, çadırlar və s. lazımdır.

Əziz yoldaşlar, sizdən xahiş edirik, gətirdiyiniz əşyalar, geyimlər istifadə edilməmiş, yeni əşyalar olsun. Şərt deyil ki, üzərində etiket olsun, amma bir corab olsun, istifadə edilməmiş olsun. Həddən artıq çox yardımın gətirildiyini nəzərə alaraq, səfirliyimiz kampaniya çərçivəsində yalnız və yalnız yeni geyimlərin, əşyaların qəbul edilməsi barədə qəti tapşırıq verib".

Məsələ ilə bağlı Azərbaycanın Türkiyədəki səfirliyi ilə əlaqə saxladıq. Səfirlikdən bildirilib ki, yardım kampaniyası çərçivəsində daha çox istifadə olunmamış geyimlərə üstünlük verilir.

Qeyd edək ki, səfirliyin yardım üçün siyahısında aşağıdakı əşyalar var:

Geyimlər:

Palto, gödəkcə;

Sukeçirməz gödəkcə;

Uzunboğaz çəkmə;

Sviter,

Şalvar,

Əlcək,

Şərf, papaq;

Corab;

Alt geyimləri;

Digər ləvazimatlar:

Çadır;

Yataq;

Döşək (çadır üçün);

Adyal;

Yuxu kisəsi;

Qaz balonları, soba tipli;

Termos;

Əl fənəri;

Poverbank;

Generatorlar;

Qida konservləri;

Uşaq yeməkləri;

Uşaq bezləri;

Təmizlik və gigiyena vasitələri.
Qardaş ölkəyə yardım üçün hansı əşyalar göndərilməlidir? - AÇIQLAMA + SİYAHI + FOTOQardaş ölkəyə yardım üçün hansı əşyalar göndərilməlidir? - AÇIQLAMA + SİYAHI + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1944   Tarix: 08 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Uşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın

11 oktyabr
.

Məktəblərdə geyim qaydalarına görə monitorinqlər başlandı

Dövlət ümumi təhsil müəssisələrində geyim qaydalarının icrasına dair monitorinqlərə başlanılıb. xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, oktyabrın 12-dən dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar və təhsilverənlər üçün Nazirlər Kabinetini

12 oktyabr
.

Vahid məktəbli forması təhsildə bərabərliyin təminatı, xarici müdaxilələrə qarşı isə milli şüurun qorunmasıdır

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən əsas strateji sahələrdən biridir. Məktəb yalnız uşaqlara bilik verən müəssisə deyil, həm də milli kimliyin, vətənpərvərlik hissinin, mənəvi dəyərlərin və sağlam dünyagörüşünün formalaşdığı mühüm ictimai məkandır. Bu baxımdan, vahid məktəbli formasının tətbiqi

12 oktyabr
.

Zəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb

2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind

11 oktyabr
.

Vahid məktəbli forması, milli kimlik və İranın ideoloji təsirləri: Azərbaycanın təhsil təhlükəsizliyinə analitik baxış

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən strateji sahə olmaqla yanaşı, milli kimliyin qorunması, ictimai şüurun formalaşdırılması və dövlətçilik ənənələrinin gələcək nəsillərə ötürülməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən məktəb mühitində tətbiq olunan qaydalar, o cümlədən vahi

12 oktyabr
.

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca

11 oktyabr
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

11 oktyabr
.

İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi

Azərbaycan uşaqlarının təhlükəsizliyi məsələsi yalnız ailə və təhsil sisteminin məsuliyyəti ilə məhdudlaşmır. Bu məsələ ölkənin milli təhlükəsizliyi, informasiya mühiti, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəslin formalaşması ilə birbaşa bağlıdır. İranın Azərbaycan uşaqlarına təsiri ilə bağl

11 oktyabr
.

Azərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı vurğuladığı kimi, ideoloji təhlükəsizlik dövlətin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin təsir imkanlarını

12 oktyabr