DYP: "Meyxanaçı Balaəlinin hərəkəti məsuliyyətsizlikdir" - VİDEO

DYP: "Meyxanaçı Balaəlinin hərəkəti məsuliyyətsizlikdir" - VİDEOMəşhur meyxanaçı Balaəli yol hərəkəti qaydalarını pozub.

BAKU.WS xəbər verir ki, o, yolun hərəkət hissəsində avtomobilini saxlayaraq mağazaya gedib.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Görüntülərdə Balaəlinin idarə etdiyi "Range Rover" markalı avtomobilini saxlayaraq arxada marşrut avtobusunun gəlməyinə məhəl qoymadan getdiyi lentə alınıb.

Məlumata görə, hadisə Qara Qarayev prospektində olub. Onun bu hərəkəti sosial şəbəkədə qınaq obyektinə çevrilib.

Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli BAKU.WS-ə açıqlamasında meyxanaçının bu hərəkətinin məsuliyyətsizlik olduğunu deyib:

"Təbii ki, bu hərəkət məsuliyyətsizlikdir. Hər zaman demişik, kim ki, bu cəmiyyətdə azdan çoxdan tanınır, çalışıb nümunəvi hərəkətlər etsinlər. Ona görə ki, onların nümunəvi hərəkətləri ilə məsuliyyətli olmaq aşılansın. Avtobusda gözləyənlər də bizim insanımızdır, onu yersiz yerə gözlətdirən də… Qanun isə hamıya bərabər hüquqlar verib. Bu əmələ görə 20 manat cərimə nəzərdə tutulub. Bəlkə də qara "Range Rover" sürənə bu elə də böyük məbləğ deyil. Amma azı 80 adamı yolda gözlətmək və arxada sıxlıq yaratmaq, kimlərinsə həyatını çətinləşdirmək isə cərimə ilə yox ictimai məsuliyyətlə ödəniləcək mənəvi öhdəlikdir. Bax bunun üçün ətrafdakılara hörmətlə yanaşmaq lazımdır".

Polis mayoru bu kimi hadisələrin, təəssüf ki, paytaxtın bəzi yerlərində də baş verdiyini bildirib:

"Bəzi restoranlar var ki, onların qarşısında bahalı avtomobillər gəlib qanunsuz parklanma edir. Əməkdaşlarımız onları qeydə alanda harınlıq edərək, "20 manatdır da, çəkirsən çək verəcəm" deyir. Bu təbii ki, arzuolunmaz, xoşagəlməz haldır. Cəmiyyətin nisbətən aşağı sosial təbəqəsini qıcıqlandırmaqdır. Gəl ki, həmin bəzi bahalı maşın sahiblərini çox azı istisna olmaqla qardaş Türkiyəyə yardım göndərilən ünvanlarda görmədik. Ora da gəlib avtomobillərini saxlayardılar sadə insanlara dəstək nüməyiş etdirərdilər, heç olmasa belə gündəmə gələrdilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2956   Tarix: 08 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Maştağadakı psixiatriya mərkəzindən xəstələr qaçıb? - Rəsmi açıqlama

Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşən müalicə müəssisəsindən xəstələrin qaçması ilə bağlı məlumat yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, məlumat əsassızdır. "Sosial şəbəkələrdə Sabunçu rayonunda yerləşə

1 may
.

Bakıda məşhur restoranın qazı kəsildi - Külli miqdarda borca görə...

Bakı şəhəri, Nərimanov Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində yerləşən "Neşve Cafe-Restaurant"a qaz təminatı dayandırılıb. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, buna səbəb isə restoranın "Azəriqaz" İstehsalat Birliyinin Bakı Regional Qazın İstismarı İdarəsinə külli miqdard

1 may
.

Güləşçilərimiz qalib Azərbaycan xalqını uğurla təmsil ediblər

Bu gün Azərbaycan dünya miqyasında həm də idman ölkəsi kimi tanınır. Bu da Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğısının bariz nümunəsidir. Mötəbər Beynəlxalq idman yarışların

30 aprel
.

Milli Onkologiya Mərkəzindəki partlayışda xəsarət alan həkim ölüb? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə aprelin 30-da Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Məlumatda bildirilir ki, həkimlərin səyinə baxmayaraq A.Nəsirli bu gün dünyasını dəyişib. Məsələ ilə bağlı Baş Prokurorluqdan -ın sorğusun

1 may
.

Milli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən var - ADLAR

Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib. -ın -a istinadən məlumatına görə, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb. O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib. Hadisə yerinə hüquq-mühafiz

30 aprel
.

Hər kəsin telefonunda var! O yaşıl nöqtənin mənası nədir?

Smartfonlarda görünən yaşıl nöqtə kamera və ya mikrofonun aktiv olduğunu göstərən təhlükəsizlik göstəricisidir. xəbər verir ki, bu sistem istifadəçi məxfiliyini qorumaq məqsədilə hazırlanıb və cihazın hansı anda səs və ya görüntü qeydə aldığını xəbərdar edir. Sözügedən göstərici sistem səviyyəsində işlədiy

1 may
.

Onkologiya Mərkəzindəki partlayışı xəstə törədib - Rəsmi

Aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin "Milli Onkologiya Mərkəzi"nin partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, ilkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda ola

30 aprel
.

Saleh Məmmədov pul ayırmır - Aylardır maaşsız qalıblar

Azərbaycan həndbol komandaları 3 aydır ki, maaş almır. Bununla bağlı "Qafqazinfo"ya komandaların üzvləri və məşqçiləri müraciət edib. Onların iddiasına görə, Azərbaycan Həndbol Federasiyasının prezidenti Saleh Məmmədov Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətini

1 may
.

Hamı onu ATIR: Çiyələyin bu hissəsi də yeməlidir

Çiyələyin yaşıl hissəsi, yəni çanaq yarpaqları və saplağı qida üçün yararlıdır və zəhərli deyil. Onların tərkibində antioksidantlar və C vitamini mövcuddur. Lakin bu hissənin dadı bir qədər acı olduğuna görə hər kəs tərəfindən sevilməyə bilər. -a istinadən xəbər verir ki, bu barədə xarici mediaya istinadl

1 may