Yardım kampaniyasında ikinci əl əşyalar qəbul olunmur
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) Türkiyənin ölkəmizdəki səfirliyinin zəlzələ bölgəsinə humanitar yardım göstərilməsi məqsədi ilə Azərbaycan vətəndaşlarına çağırışına qoşularaq qardaş ölkəyə dəstək məqsədilə humanitar yardım kampaniyasına start verib.
"Qafqazinfo" xəbər verir ki, 14 fevral tarixinədək davam etməsi nəzərdə tutulan yardım kampaniyasına dəstək göstərən əhali tərəfindən Bakı İdman Sarayına (Neftçilər prospekti 26a), o cümlədən Heydər Əliyev adına İdman Konsert Kompleksinə (Abbas Səhhət küçəsi 2) çoxsaylı əşya və ləvazimatlar gətirilməkdədir.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və Qızıl Aypara Cəmiyyətinin sanitar-epidemioloji şərtlərdən irəli gələrək verdiyi rəsmi açıqlamasına istinadən, virusun yayılma riskini artırdığına görə əhalidən ikinci əl geyim və əşyalardan ibarət yardım göndərməməsi təkidlə xahiş olunur. Eyni zamanda, qida təhlükəsizliyinin önəmi nəzərə alınaraq qida məhsullarının humanitar yardım çərçivəsində qəbul edilməyəcəyi nəzərə alınmalıdır.
Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi vətəndaşlara yardım kampaniyasında fəal iştirakına görə təşəkkür edir və yalnız ilkin tələb olunan və istifadə edilməmiş ləvazimatların qeyd edilən ünvana təhvil verilməsini xahiş edir.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Sabahın havası: Yağış, şimşək, duman...
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto