Qaxa 46 sm qar yağıb - FAKTİKİ HAVA
Bu günə olan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Sonxeber.az-a verilən xəbərə görə, ölkə ərazisində hava şəraiti yağıntılı olub, bəzi yerlərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü Qaxda 46 sm, Ağdərədə (Ordubad) 28 sm, Şəkidə 23 sm, Ləzədə 20 sm, Şahdağda 18 sm, Xınalıqda 16 sm, Xaltanda 14 sm, Qrızda 12 sm, Lerikdə 11 sm, Qusarda 10 sm, Şamaxı, Qubada 9 sm, Şahbuz, Gədəbəydə 8 sm, Daşkəsən, Altıağacda 7 sm, Göygöldə 4 sm, Oğuzda 3 sm, Qobustanda 2 sm, Naxçıvan, Qəbələ, Zaqatala, Xaçmaz, İsmayıllı, Astarada 1 sm olub.
Düşən yağıntının miqdarı Astarada 25 mm, Şamaxıda 20 mm, Qax, Şəkidə 12 mm, Lerikdə 11 mm, Lənkəranda 10 mm, Oğuz, Şahbuzda 8 mm, Ləzə, Qəbələdə 7 mm, Zaqatalada 6 mm, Balakən, Yardımlıda 4 mm, Mingəçevir, Xınalıq, Naxçıvanda 2 mm, Şərurda 1 mm-dək olub.
Şimal-qərb küləyi arabir Neftçalada 20 m/s, Xaltanda 15 m/s, Bakıda və Abşeron yarımadasında isə 36 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4,8 metrə çatıb.
Naftalan, Gəncə, Naxçıvan, Balakən, Qəbələ, Şəki, Şamaxı, Qax, Qusar, Qrız, Göyçay, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 50-200 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu fevralın 8-də Bakıda temperatur iqlim norması 1,5 dərəcə aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyədək şaxta, Naxçıvanda 10 dərəcəyədək şaxta, dağlıq rayonlarda 10-15 dərəcə şaxta, aran rayonlarında 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto