Naxçıvanda xəstəxanalar Türkiyədə zəlzələdə zərərçəkənlərin müalicəsi üçün hazır vəziyyətdədir
"Naxçıvan Muxtar Respublikasının bütün xəstəxanaları Türkiyədə zərər çəkən bacı-qardaşlarımızı qəbul etməyə hazırdır".
Bunu Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Aparat rəhbəri Vüqar Babayev APA-nın yerli bürosuna verdiyi açıqlamada bildirib.
"Məsələ ilə bağlı əsas olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanası və Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzi tam olaraq hazır vəziyyətdədir", - o qeyd edib.
Türkiyənin Naxçıvandakı Baş Konsulluğundan isə bildiriblər ki, məsələ ilə bağlı məlumatları var.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib.
Ötən gün Azərbaycan Respublikası səhiyyə naziri Teymur Musayev türkiyəli həmkarı Fahrettin Koca ilə telefon danışığı zamanı ümumilikdə tibb müəssisələrində 2000 çarpayının ayrıldığını diqqətə çatdırıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1324 Tarix: 09 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12 oktyabrAzərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA
"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard
12 oktyabrSabahın havası: Yağış, şimşək, duman...
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində
11 oktyabrScroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri
Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü
12 oktyabr