"Azərbaycan ordusu erməni terrorçularının bütün təxribatlarının qarşısını almaq gücünə malikdir" - DEPUTAT
"Bu gün Azərbaycan ordusu düşmənin bütün təxribatlarının qarşısını alacaq gücdədir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov deyib.
Deputat qeyd edib ki, 44 günlük Vətən müahribəsində əldə etdiyimiz möhtəşəm zəfər Azərbaycan ordusunun gücünü bütün dünyaya göstərdi:
"Nizami ordu quruculuğu prosesinin ilk addımları ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdıqdan sonra qanunsuz silahlı və pərakəndə silahlı qrupları ləğv edildi,nizami ordunun formalaşdırılması istiqamətində ilkin addımlar atıldı. Qısa müddət ərzində vahid komandanlığa tabe olan ordu formalaşdırıldı. Ordunun peşəkar kadrlarla təmin olunması, texniki təchizatının yaxşılaşdırılması istiqamətlərində ciddi qərarlar qəbul edildi".
Ulu Öndərin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyyəti dövründə uğurla davam etdirilməkdədir. Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə qəbul etdiyi qərarlar və həyata keçirdiyi kompleks tədbirlər cəmi bir neçə il ərzində dünyanın ən qüdrətli orduları sırasında yer almağımızı təmin etdi. Cənab prezidentin ordu quruculuğu sahəsində gələcəyə hesablanmış qətiyyətli addımları sayəsində Azərbaycanın Müzəffər Ordusu 44 günlük Vətən müharibəsində düşməni döyüş meydanında məhv edərək möhtəşəm zəfərə imza atdı".
Deputat vurğulayıb ki, bu gün düşmənin bütün təxribatlarının qarşısını almaq gücünə sahibik:
"Qısa müddət ərzində 30 illik işğala son qoyan ordumuz bu gün də düşmənin bütün təxribatlarına cavab vermək gücündədir. Erməni terrorçuları hər hansı bir təxribat fikrinə düşməzdən öncə yaxşı olardı ki, 44 günlük Vətən müharibəsindəki və "Qisas" əməliyyatındakı biabırçı məğlubiyyətlərini xatırlasınlar".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto