"Səfirliyimizə təşkil edilən hücumdan sonra İrandan hər cür xəyanət gözləmək olar" - DEPUTAT

"Səfirliyimizə təşkil edilən hücumdan sonra İrandan hər cür xəyanət gözləmək olar" - DEPUTAT"İran işğalçı bir ölkə ilə bizə qarşı hər hansı təxribata əl atmamışdan öncə yaxşı düşünməlidir".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat vurğulayıb ki, ötən gün mətbuatda İran və Ermənistanın birlikdə Azərbaycana hücuma hazırlaşması xəbərini oxudum:

"İran və Ermənistan tarix boyu terrorçu qruplar yetişdirən ölkələrdir. Bilirsiniz ki, İranın SEPAH, HİZBULLAH, Ermənistanın isə ASALA, ASOA, AOD və başqa terror təşkilatlatları saysız-hesabsız cinayətləri ilə məşhurdur. Təəssüf ki, bu terrorçu ölkənin hər ikisi də bizimlə qonşudur. Heç kəsə sirr deyil ki, terror təşkilatlarından öz çirkin ideologiyasını yaymaq istiqamətində molla rejimi geniş təcrübəyə malikdir. Tarix boyu Ermənistan Azərbaycan xalqına qarşı misli görünməmiş barbarlıq, vandalizm və soyqırımlar törədibdir".

Deputat vurğulayıb ki, 90-cı illərin əvvəllərində ölkəmizdəki xaosdan istifadə edən Ermənistan havadarlarının köməyi ilə torpaqlarımızın 20 faizi işğal etmişdi:

"Lakin ulu öndər Heydər Əliyev xalqın istəyi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra qanunsuz silahlı silahlı qüvvələr ləğv edilərək, nizami ordunun formalaşdırılması istiqamətində addımlar atılmağa başladı. Qısa müddət ərzində vahid komandanlığa tabe olan ordu formalaşdırıldı. Ordunun peşəkar kadrlarla təmin olunması, texniki təchizatının yaxşılaşdırılması istiqamətlərində ciddi qərarlar qəbul edildi".

Deputat söyləyib ki, ulu öndərin ordu quruculuğu sahəsində başladığı siyasət bu gün cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Cənab prezidentin rəhbərliyi ilə dövründə yetişən gənc mərd və vətənpərvər oğullarımız 44 günlük Vətən müharibəsi dövründə düşmənə layiq olduğu dərsi verərək, Qarabağı öz sahibinə geri qaytardı. Təəssüf ki, 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə İran hökuməti işğalçını dəstəkləyən açıqlamalar verir, addımlar atdı.Tehranda səfirliyimizə edilən hücum da səbrimizi daşıran son damla oldu. Əslində Tehrandakı səfirliyimizə təşkil edilən xain hücumdan sonra İrandan hər cür təxribat gözləniləndir.

Bu gün Azərbaycan ordusu dövlətimizə qarşı yönəlmiş bütün təxribatların qarşısını almaq gücünə malikdir. İran işğalçı bir ölkə ilə bizə qarşı hər hansı təxribata əl atmamışdan öncə yaxşı düşünməlidir. Çünki İrana Azərbaycan dövləti ilə düşmən olmaq heç də xeyir gətirməz".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1304   Tarix: 09 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə vahid geyim qaydaları ilə bağlı qəbul edilən yeni qərar valideynlərin və şagirdlərin diqqət mərkəzindədir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə məktəbli formalarına dair tələblərə dəyişiklik edilib. Yeni qaydalara əsasən, müəyyən edilmiş formanın vahidliyini poza

12 oktyabr
.

Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində

12 oktyabr
.

Vahid məktəbli forması və İranın mümkün ideoloji müdaxiləsi: Azərbaycan təhsilinin qorunması milli təhlükəsizlik məsələsidir

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən strateji sahədir. Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil, həm də milli kimliyin, vətəndaşlıq məsuliyyətinin, mənəvi dəyərlərin və müstəqil düşüncə qabiliyyətinin formalaşdığı mühüm ictimai institutdur. Buna görə də Azərbaycanda vahid məktəbl

12 oktyabr
.

Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA

"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard

12 oktyabr
.

Sabahın havası: Yağış, şimşək, duman...

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində

11 oktyabr
.

"İran təbliğat maşınının bu hərəkətləri, eyni zamanda dərin bir ikililik və samimiyyətsizlik nümunəsidir" - BƏHRUZ MƏHƏRRƏMOV

"İran və bu ölkənin nəzarətində olan media resurslarının Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları və dünyəvi təhsil standartlarına qarşı həyata keçirdiyi təbliğat kampaniyası sağlam qonşuluq münasibətlərinin ruhuna zidd olmaqla, dərin siyasi, ideoloj

12 oktyabr
.

Scroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri

Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü

12 oktyabr
.

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca

11 oktyabr
.

Vahid məktəbli forması təhsildə bərabərliyin təminatı, xarici müdaxilələrə qarşı isə milli şüurun qorunmasıdır

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən əsas strateji sahələrdən biridir. Məktəb yalnız uşaqlara bilik verən müəssisə deyil, həm də milli kimliyin, vətənpərvərlik hissinin, mənəvi dəyərlərin və sağlam dünyagörüşünün formalaşdığı mühüm ictimai məkandır. Bu baxımdan, vahid məktəbli formasının tətbiqi

12 oktyabr