Binaların zəlzələyədavamlılığı ilə bağlı çağırış
"Bizdə 30-40 il əvvəl və ya 1 il bundan əvvəl tikilmiş binalarda ən böyük problem sonradan sakinlərin və mülkiyyətçilərin icazəsiz apardığı müdaxilələr və dəyişikliklərdir".
Sonxeber.az xəbər verir ki, bunu apa-ya müsahibəsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib.
Elxan Əsədov deyib ki, bu gün Bakıda və respublika ərazisində 70-ci illərdə tikilmiş iri bloklu, beton panel binaların panellərinin dağıdılaraq otaqların genişləndirilməsi, yaxud zirzəmi hissəsində bünövrənin dağıdılaraq qapılar açılması, mənzilin planını dəyişdirmək üçün müəyyən konstruksiyaların sökülməsi kimi hallarla qarşılaşırlar:
"Bizim zəlzələyədavamlılıq baxımından ən böyük bəlamız deyərdim ki, budur. Hesab edirəm ki, bununla mübarizə daha da sərtləşdirilməlidir. Qanunvericiliyə əsasən, hər bir mülkiyyətçi və ya balans saxlayıcı təşkilat binaların qorunmasına cavabdehdir.
Müdaxilə olmasa belə, binalarda hansısa qüsurlarla, çatlarla, dağıntılarla qarşılaşdıqları halda bizə müraciət etməlidirlər və bizim institutlarımız tərəfindən müqavilə əsasında həmin binalarda müayinələr aparılıb, aktlaşdırılmalı və bunun əsasında qüsurların aradan qaldırılması üçün mülkiyyətçilər tərəfindən lazımi tədbirlər həyata keçirilməlidir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1802 Tarix: 09 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12 oktyabrAzərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA
"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard
12 oktyabrSabahın havası: Yağış, şimşək, duman...
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində
11 oktyabrScroll et, öyrən, danış: TikTok-da alman dili dərsləri
Bu gün TikTok artıq sadəcə əyləncə platforması deyil, həm də bilik və bacarıqların daha əlçatan və maraqlı formada təqdim olunduğu rəqəmsal təhsil mühitinə çevrilir. Azərbaycanda alman dili müəllimləri və kontent yaradıcıları qısa, dinamik videolar vasitəsilə yeni sözləri, qrammatik qaydaları, düzgü
12 oktyabr