Ötən ay Hərbi Prokurorluqda qeydə alınmış cinayətlərin 100 faizinin üstü açılıb
Ötən ay Hərbi Prokurorluq orqanlarının fəaliyyəti üçün uğurlu olub. Qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması, eləcə də vətəndaş məmnunluğunun artırılması istiqamətində Baş prokurorun müavini - Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə mühüm işlər görülüb. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də işçilərin peşəkarlığı və əzmi sayəsində bu ilin yanvarında qeydə alınmış cinayətlərin 100 faizi açılıb.
Bu barədə Hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev AZƏRTAC-a açıqlamasında deyib.
F.Əliyev bildirib ki, görülmüş işlərin, eləcə də Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlar arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, həmçinin birgə görülmüş tədbirlər nəticəsində ötən ilin yanvar ayı ilə müqayisədə 2023-cü ilin müvafiq dövründə qeydə alınmış cinayətlər ümumilikdə 22,2 faiz, o cümlədən hərbi xidmət əleyhinə olan cinayətlər 51,1 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 faiz və ölümlə nəticələnən özünü öldürmə həddinə çatdırma cinayətləri 33,3 faiz azalıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 820 Tarix: 09 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Toy karvanları quranlara XƏBƏRDARLIQ
"Toy karvanları"nda iştirak edən bəzi sürücülər yol hərəkəti qaydalarını pozaraq küçə və prospektlərdə süni sıxlıq və qəza şəraiti yaradırlar. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Bildirilib ki, ötən gün paytaxtın Nizami rayonu
1 mayOnkologiya Mərkəzindəki partlayışı xəstə törədib - Rəsmi
Aprelin 30-da saat 14 radələrində Səhiyyə Nazirliyinin "Milli Onkologiya Mərkəzi"nin partlayışın baş verməsinə dair Yasamal rayon prokurorluğuna məlumat daxil olub. xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, ilkin araşdırmalarla onkoloji xəstə kimi qeydiyyatda ola
30 aprel"Bayou Villas Delice Peninsula" 2026-cı il yay mövsümünü açır
Didimdə yerləşən "Bayou Villas Delice Peninsula" yenilənmiş xidmətləri və villa qonaqları üçün nəzərdə tutulmuş yeni imtiyazları ilə 2026-cı il mövsümünə start verir. Bu mövsüm məkanlar və xidmətlər daha fərdi (privat) xarakter alıb. "Fish Camp" restoranı artıq yalnız villa qonaqlar
1 mayBu gündən Azərbaycanda balıq ovu qadağan edilir
Bu gündən ölkə ərazisindəki bütün su hövzələrində sənaye məqsədilə balıq və digər su bioresurslarının ovu qadağan edilir. Bu barədə -a Kənd Təsərrüfatı Nazirliyindən bildirilib. Qeyd edilib ki, Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş "Balıq və digər s
1 maySəkkiz şagird 300 bal topladı - 7-si qızdır
Xəbər verdiyimiz kimi, aprelin 5-də keçirilən 9-cu sinif şagirdlərinin buraxılış imtahanının nəticələri açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, imtahanda 8 nəfər şagird maksimum (300 bal) toplayıb. Qeyd edək ki, onlardan 7-si qız, 1-i isə oğlandır. Maksimum nəticə göstərən şagirdlərin siyahısın
1 mayBir qəpik də ödəmədən 1170 sot torpaq aldı
İsveçrədə 24 yaşlı şəxs qanunvericilikdəki boşluqdan istifadə edərək özünü "kral" elan edib və böyük bir ərazini heç bir ödəniş etmədən öz adına keçirib. -a istinadla xəbər verir ki, Jonas Lauviner adlı şəxs mülkiyyət sistemində "sahibsiz" kimi qeyd olunan torpaqları araşdıraraq ümumilikd
1 mayİşsizlik insan psixologiyasına necə təsir edir? - AÇIQLAMA
İşsizlik təkcə iqtisadi problem deyil, eyni zamanda insanın psixoloji durumuna və özünü dərk etmə tərzinə birbaşa təsir edən ciddi sosial-psixoloji vəziyyətdir. İnsan gündəlik həyatında rolunu, məqsədini və sosial dəyərini çox zaman işi vasitəsilə formalaşdırır. Bəs görəsən işsizlik insan psixologiyasın
1 mayMilli Onkologiya Mərkəzində PARTLAYIŞ: Ölən var - ADLAR
Milli Onkologiya Mərkəzində partlayış hadisəsi Şua-diaqnostika şöbəsində baş verib. -ın -a istinadən məlumatına görə, şöbənin birinci mərtəbəsində qeydə alınan olay zamanı həkim-radioloq Asif Nəsirli ağır bədən xəsarətləri alıb. O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib. Hadisə yerinə hüquq-mühafiz
30 aprel