"İran da, Ermənistan da bu addımları atanda iki dəfə düşünməlidir"
"Ermənistan Azərbayacan qarşı açıq şəkildə fəaliyyət göstərir. İran da onu hər zaman gizli dəstəkləyir. İkinci Qarabağ müharibəsindən sonra İran bu təxribatları təəssüflər olsun ki, açıq şəkildə həyata keçirir. Azərbaycan bütün gücü ilə bu təxribatların qarşısını alır və bundan sonra da istənilən təxribatın qarşısı alınacaq. Azərbaycanın həm silahlı qüvvələri, həm də təhlükəsizlik orqanları çox güclüdür, ayıq-sayıqdır. Regionda və dünyada gedən proseslər izlənilir, təhlil olunur və lazımi addımlar atılır".
Bu fikirləri BiG.AZ-a açıqlamasında hərbi ekspert Emin Həsənli İran və Ermənistanın birlikdə Azərbaycana qarşı hərbi hücuma hazırlaşması barədə yayılan xəbəri şərh edərkən deyib.
"Əgər Ermənistan yenə hər hansı oyunlara gəlib bu təxribatları davam etdirəcəksə bu dəfə vəziyyəti daha ağır olacaq və daha ağır cəzalar alacaq. İran isə hansısa açıq təxribatı, müharibə cəhdləri törədəcəksə fars rejimi özü birdəfəlik tarixin arxivinə gedəcək. Orada yaşayan 30 milyondan artıq azərbaycanlı və İranda yaşayanların böyük hissəsi rejimdən narazıdır. Siyasi, iqtisadi. mədəniyyət, təhsil sahəsində, insan haqları sahəsində və bir çox sahələrdə kifayyət qədər problemlər var. Ona görə də hesab edirəm ki, İran da, Ermənistan da bu addımları atanda iki dəfə düşünməlidir. Yox, əgər düşünməyəcəklərsə, zərəri birinci növbədə özləri üçün edəcəklər.
Azərbaycan dövləti çalışır ki, regionda sabitlik qorunsun və normal münasibətlər olsun. 30 ildir ki, bu müharibənin sülh yolu ilə aparılması üçün də Azərbaycan xeyli səbr etdi və sonunda öz torpaqlarını işğaldan azad etdi. Bütün tarixi proseslər də onu göstərir ki, İran rejiminin sonu yoxdur, Ermənistanın isə bir dövlət kimi mövcudluğu sual altındadır. Ermənistan layihə dövlətdir. Son dövrlər də fars rejimi və Fransa onu daha çox dəstəkləyir.
İran və Ermənistanın təxribat qrupunun Azərbaycanın Laçın və Qubadlı rayonları istiqamətində hücum planlaşdırması faktını nə təsdiq etmək olur, nə də ki inkar. Azərbaycan dövlətinin yetərli hazırlıqları var. Yeni ərazilərdə ilk iş infrastruktur və yeni hərbi hissələrin tikilməsi, komando birliklərinin yaradılması oldu. Azərbaycan dövləti bunun üçün lazımi işlərin hamısını görüb və davamlı olaraq da bu işləri aparır" - deyə ekspert bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Belə pomidorları almayın
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda genişmiqyaslı əməliyyat: 200-dən çox şəxs saxlanıldı - Foto
Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?
Sabah Azərbaycanda güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Məktəb direktorunun maşını yandırıldı - Fotolar
Azərbaycanlı müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto