"Azərbaycan xalqı bu çətin günlərdə göstərdi ki, "bir millət, iki dövlət" prinsipi quru sözdən ibarət deyil" - DEPUTAT

"Azərbaycan xalqı bu çətin günlərdə göstərdi ki, "bir millət, iki dövlət" prinsipi quru sözdən ibarət deyil" - DEPUTAT"Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar Prezident İlham Əliyevin qardaş dövlətin ölkəmizdəki Səfirliyində başsağlığı nitqi Azərbaycan-Türkiyə münasibətlərinin real mənzərəsininin ən gözəl ifadəsi idi. Dövlət başçısı açıq mətnlə bəyan etdi ki, "Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır". Həqiətən də, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı bu çətin günlərdə göstərdi ki, Azərbaycan və Türkiyənin "bir millət, iki dövlət" prinsipi quru sözdən ibarət deyil. Bu qardaşlığın təməlində milli ruh, vahid milli məfkurə, ortaq dil, ortaq tarixi keçmiş və balanslaşdırılmış dövlət maraqlarımız dayanır.Azərbaycanın bu cür ürək yanğısı ilə davranışı heç kim üçün gözlənilməz olmadı, çünki biz həmişə Türkiyənin maraqlarına öz milli maraqlarımız kimi sahib çıxmışıq, cənab İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə "Türkiyə burada yoxdursa, biz varıq" deməklə Ankaranın mənafelərini ən ali formada müdafiə edib. Bu mənada dar günündə Türkiyənin yardımına tələsən ilk liderin cənab İlham Əliyev, ilk dövlətin isə Azərbaycan olmasından təbii heçnə ola bilməz".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputat qeyd edib ki, faciənin ilk saatlarından Azərbaycanın aidiyyəti dövlət strukturları səfərbər edildi, Türkiyəyə tam təhcizatla bilrikdə həkimlər, xilasedicilər, könüllülər göndərildi və hazırda da bu proses dövlət qurumları ilə yanaşı Mehriban xanım Əliyevanın rəhbərliyi altında, Heydər Əliyev Fondu tərəfindən davam edir, habelə bütün yardım məsələlərinin bir mərkəzdən idarə olunması üçün proseslərin koordinasiyası Prezident Adminstrasiyasının rəhbərinə həvalə edilib.

"Eyni zamanda xalqımız uşaqdan böyüyə səfərbər olub. Cənab Prezidentin də Türkiyə səfirliyində böyük qürururla ifadə etdiyi kimi, "Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir". Yəni bir əsr əvvəl Sarıqamışda, Çanaqqalada, İstiqlal savaşında, Bakının azad olunması uğrunda döyüşlərdə, 2 il öncə isə Vətən müharibəsində biz qardaşlıq dastanı yazmışıdıq, həmin ruhla da bu dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılmasında birgə səy göstəririk və bu Azərbaycan və Türkiyəni daha da yaxınlaşdırmaqdadır.Türkiyədə baş verən bu dəhşətli faciə, həmçinin Azərbaycanda xalq-dövlət birliyinin əsl mahiyyətini bir daha üzə çıxardı, biz dövlətin prioritetlərinin həm də xalqın prioriteti olduğunu bir daha əməli şəkildə müşahidə etdik. Türkiyədə zəlzələ bizi sarsıtsa da, Azərbaycan və Türkiyə daha çox bir-birinə kilidlənmiş, bir olmuşdur və hərbi gücümüzlə bərabər inam və iman gücümüzün də dəmir yumruğa döndüyünün şahidi olmaqdayıq".
AYSEL QULİYEVA


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1406   Tarix: 13 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Vahid məktəbli forması: təhsildə bərabərlik, sosial məsuliyyət və məktəb mədəniyyətinin strateji əhəmiyyəti

Təhsil sistemində aparılan islahatların səmərəliliyi yalnız tədris proqramlarının yenilənməsi, müəllimlərin peşəkarlığının artırılması və müasir texnologiyaların tətbiqi ilə ölçülmür. Təhsil müəssisələrində yaradılan sosial mühit, şagirdlər arasında münasibətlər, bərabər imkanların təmin edilməsi v

11 oktyabr
.

Məktəbdə hər geyimə icazə verilmir: Şagirdlər bu qaydalara əməl etməlidir - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Məktəblərdə vahid geyim qaydaları ilə bağlı qəbul edilən yeni qərar valideynlərin və şagirdlərin diqqət mərkəzindədir. Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarı ilə məktəbli formalarına dair tələblərə dəyişiklik edilib. Yeni qaydalara əsasən, müəyyən edilmiş formanın vahidliyini poza

12 oktyabr
.

Faciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto

Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş. -a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir. Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il oktyabrı

12 oktyabr
.

Böyük qələbələrə aparan 23 il

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. 22 il öncə - 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızı

12 oktyabr
.

Vahid məktəbli forması və İranın mümkün ideoloji müdaxiləsi: Azərbaycan təhsilinin qorunması milli təhlükəsizlik məsələsidir

Təhsil hər bir dövlətin gələcəyini müəyyən edən strateji sahədir. Məktəb yalnız biliklərin öyrədildiyi məkan deyil, həm də milli kimliyin, vətəndaşlıq məsuliyyətinin, mənəvi dəyərlərin və müstəqil düşüncə qabiliyyətinin formalaşdığı mühüm ictimai institutdur. Buna görə də Azərbaycanda vahid məktəbl

12 oktyabr
.

Sabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq

Sabah, oktyabrın 13-də Azərbaycanda 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündü

12 oktyabr
.

Sabahın havası: Yağış, şimşək, duman...

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində

11 oktyabr
.

Zəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb

2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind

11 oktyabr
.

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans

11 oktyabr