Rusiya üçün İran vacib ölkə deyil - Markov
Rusiya İrana aviasiya və hava hücumuna qarşı müdafiə sistemləri ilə bağlı texnologiyalar verir.
Bu sözləri tanınmış rusiyalı politoloq Sergey Markov deyib.
Politoloq bildirib ki, Rusiya İranla nüvənin sülh məqsədi ilə istifadəsində aktiv əməkdaşlıq edir:
"Lakin sülh və hərbi nüvə arasında sərhəd tapmaq çətindir. Bəlkə də gələcəkdə Rusiya İrana nüvə silahını yaratmağa kömək edə bilər: əgər Ukraynada döyüşlər belə davam edərsə və Moskva İranın Rusiyaya çox lazım olduğunu hesab edərsə… Amma məncə, İran Rusiya üçün hazırda o qədər də önəmli ölkə deyil. İran texnologiyalarını cəlb edərək, raket və dronları rəsmi Moskva özü də istehsal edə bilər".
O, İranın nüvə silahının potensial qurbanlarının Rusiya ilə yaxşı münasibətləri olduğunu da diqqətə çatdırıb:
"Onların Rusiyanın bu qərarına təsiri var. İsrail Kiyevə Dəmir Qübbə və digər silahlar vermir. Yəqin, bunun əsas səbəblərindən biri belədir: İsrail anlayır ki, əgər Kiyevə silah ötürməyə başlasa, Rusiya da İrana nüvə silahı verər. İran isə nüvə silahını İsraili məhv etmək üçün istifadə edə bilər. Nüvə silahının daha bir potensial qurbanı Səudiyyə Ərəbistanıdır. Məlum olduğu kimi, Rusiyanın Səudiyyə Ərəbistanı və onun yaxın müttəfiqi Ərəb Əmirliyi ilə çox yaxşı münasibətləri var. Səudiyyə Ərəbistanı qorxur ki, Rusiya İrana nüvə silahını əldə etməkdə köməklik edər, İran da Səudiyyə Ərəbistanının və BƏƏ-nin neft və qaz sənayesinə zərbə vurar. Buna görə də həmin ölkələr Rusiya ilə yaxşı münasibətləri qorumağa çalışır. Rusiya üçün nüvə silahını vermək yox, İrana nüvə silahının verilmə mümkünlüyü ilə təhdid etmək daha əlverişlidir. Bununla çox ölkələrin xoşniyyətli neytrallığına nail olmaq olar"./Axar
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 765 Tarix: 12 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cənubi Koreya: KXDR Yapon dənizi istiqamətində bir neçə raket buraxıb
Cənubi Koreya hərbçilərinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) bazar ertəsi Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb. Raketlərin uçuş məsafəsi təxminən 900 kilometr olub. xəbər verir ki, bu barədə "News1" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrini
12 oktyabrKobaxidze Aİ-nin Gürcüstandakı səfirinə xəbərdarlıq edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinskiyə Kaxetidə keçirilən tədbirdəki davranışına görə xəbərdarlıq edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın hökumət başçısı bu barədə keçirdiyi brifinqdə danışıb. İ.Kobaxidze səfiri
12 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrTürk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını
11 oktyabrİsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
11 oktyabrABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər
11 oktyabrRubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11 oktyabrİsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabr