Ölkədə nüvə həyəcanı: Mülki uçuşlar dayandırıldı, qırıcılar havaya qaldırıldı
ABŞ-ın Alyaska ştatı və Kanada üzərində naməlum obyektlərin vurulmasından sonra Şimali Amerika Hava Hücumundan Müdafiə Komandanlığı (NORAD) bu dəfə Amerikanın nüvə silahlarının yerləşdiyi Montana ştatında hərəkətə keçib.
Komandanlıq bölgədəki son durumla bağlı açıqlama verib.
"NORAD Federal Aviasiya Administrasiyası ilə əməkdaşlıq edərək, NORAD-ın əməliyyatı çərçivəsində bölgədə hava hərəkətinin təhlükəsizliyini təmin etmək üçün 11 fevral 2023-cü il tarixində Montana mərkəzinə müvəqqəti uçuş məhdudiyyəti qoyub", - açıqlamada deyilir.
Məhdudiyyətin qısa müddət sonra aradan qaldırıldığı qeyd edilib:
"NORAD bir radar anomaliyası aşkar edib və araşdırma üçün döyüş təyyarələri göndərib. Bu təyyarələr radar sistemləri ilə əlaqəli heç bir obyekt tapmayıb. NORAD vəziyyəti izləməyə davam edəcək".
ABŞ hərbçiləri fevralın 4-də Cənubi Karolina sahillərində, Montana üzərində Çinə məxsus aerostatı vurublar.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) fevralın 9-da verdiyi açıqlamada isə Alyaskada başqa bir naməlum obyektin vurulduğunu açıqlayıb. Kanada Baş naziri Castin Trüdo da ABŞ-la əməkdaşlıq çərçivəsində ölkəsinin hava məkanını pozan naməlum obyekti vurduqlarını deyib./Teleqraf
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1944 Tarix: 12 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Cənubi Koreya: KXDR Yapon dənizi istiqamətində bir neçə raket buraxıb
Cənubi Koreya hərbçilərinin məlumatına görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) bazar ertəsi Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxıb. Raketlərin uçuş məsafəsi təxminən 900 kilometr olub. xəbər verir ki, bu barədə "News1" agentliyi Cənubi Koreya Silahlı Qüvvələrini
12 oktyabrKobaxidze Aİ-nin Gürcüstandakı səfirinə xəbərdarlıq edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinskiyə Kaxetidə keçirilən tədbirdəki davranışına görə xəbərdarlıq edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın hökumət başçısı bu barədə keçirdiyi brifinqdə danışıb. İ.Kobaxidze səfiri
12 oktyabrKanadada United Airlines təyyarəsi təcili eniş etdi
Vaşinqtondan Amsterdama uçan və Atlantik okeanı üzərindən qəza siqnalı ötürən United Airlines təyyarəsi Kanadanın Sent Con Beynəlxalq Hava Limanına təcili eniş edib. xəbər verir ki, təyyarə Vaşinqtondan havaya qalxıb və Amsterdama yola düşüb. Lakin Atlantik okeanı üzərindən uçarkən təyyarə qəfildən "ümum
12 oktyabrTürk ABŞ-nin BCM-yə qarşı sanksiyalarını qəbuledilməz adlandırıb
BMT-nin insan hüquqları üzrə ali komissarı Folker Türk Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) üzv dövlətlərini ABŞ-nin sanksiyaları fonunda qurumun fəaliyyətini qorumaq üçün təcili tədbirlər görməyə çağırıb. "Report" xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını
11 oktyabrİsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb
İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"
11 oktyabrABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər
11 oktyabrRubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11 oktyabrİsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi
İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili
11 oktyabr