Sahibə Qafarova Rusiyada rəsmi səfərdədir - FOTO
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Rusiya Federasiyasına rəsmi səfərə gedib.
Sonxeber.az apa-ya istinadən xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin sədr müavini Adil Əliyev, parlamentin komitə sədrləri Ziyafət Əsgərov, Bəxtiyar Əliyev, Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Səfərov, qrupun üzvləri Sevinc Hüseynova, Əminə Ağazadə, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Moskvanın "Vnukovo 2" hava limanında nümayəndə heyətini Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədr müavini Aleksey Qardeyev, Azərbaycanın bu ölkədəki səfiri Polad Bülbüloğlu və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının və Federasiya Şurasının sədrləri ilə görüşləri gözlənilir.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1000 Tarix: 13 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Faciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto
Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş. -a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir. Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il oktyabrı
12 oktyabrBöyük qələbələrə aparan 23 il
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. 22 il öncə - 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızı
12 oktyabrSabah 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq
Sabah, oktyabrın 13-də Azərbaycanda 27 dərəcə isti olacaq, bəzi yerlərdə yağış yağacaq. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündü
12 oktyabrSabahın havası: Yağış, şimşək, duman...
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində
11 oktyabrZəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb
2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind
11 oktyabr