Bakıda məktəb müəllimi həbs edildi
Bakının Xəzər rayonu, Binə qəsəbəsində yeniyetməyə qarşı əxlaqsız hərəkətlər etmiş müəllim həbs edilib.
Sonxeber.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xəzər rayonunda yerləşən orta məktəblərdən birində idman müəllimi işləyən 1967-ci il təvəllüdlü Mikayıl Abbasov (ad və soyad şərtidir) məktəbli oğlanın anasının şikayəti əsasında tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 152.1-ci, yəni, 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə maddəsi ilə iş açılıb.
Araşdırmalar zamanı məlum olub ki, həmin yeniyetmə M.Abbasovun işlədiyi məktəbdə təhsil alır. Belə ki, fiziki tərbiyə müəllimi dost münasibətində olduğu qadının evinə gedərkən onun oğlunun evdə tək olmasından və qızdırmalı halından istifadə edərək bu hərəkətləri edib.
15 yaşlı oğlanın anası ifadəsində deyib:
"Mikayıl oğlumun təhsil aldığı məktəbdə bədən tərbiyəsi müəllimi işləyir. Onun yaşadığı ünvan bizim evin yaxınlığında yerləşir. Mən işdə olduğum üçün bir neçə dəfə Mikayıldan oğlumu hazırlığa aparmasını xahiş etmişəm. Sonuncu dəfə 2 sentyabr 2022-ci il tarixdə, saat təxminən 15 radələrində o, mənə səs göndərərək oğlum Fuadın (şərti adlı) halsız olduğunu, hərarətinin olduğunu bildirdi və termometrin yerini soruşdu. Həmin gün axşam evə gəldikdə oğlumun halsız olduğunu gördüm və onun hərarətini ölçdüm. Bundan sonra Fuad mənə Mikayılın həmin gün evə gəldiyini, ona qarşı əxlaqsız hərəkətlər etdiyini dedi. Hadisə vaxtı oğlumun hərarəti olduğundan Mikayılın hərəkətinə qarşı heç bir reaksiya verə bilməyib".
Mikayıl Abbasov isə ifadəsində hadisə baş verən gün sadəcə Fuadın temperaturunu ölçmək məqsədilə onu soyundurduğunu deyib. O, yeniyetmə ilə hər hansı seksual xarakterli hərəkət etmədiyini deyib.
İş üzrə Xəzər rayon Polis İdarəsində toplanan materiallar daha sonra Xəzər rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin 3 fevral tarixli hökmü ilə 56 yaşlı kişi 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Onun hadisədən dərhal sonra, yəni sentyabrın 5-dən həbs edilməsi nəzərə alınaraq cəzasının başlanğıcı olaraq həmin tarix qeyd edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3287 Tarix: 13 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA
"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard
12 oktyabrAzərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı vurğuladığı kimi, ideoloji təhlükəsizlik dövlətin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin təsir imkanlarını
12 oktyabrBakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl
11 oktyabrMasazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto
Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl
12 oktyabrMəktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12 oktyabrUşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın
11 oktyabr