"Əl Oyunları Sarayında olarkən xalqımın hər bir üzvü ilə qürur duydum" - DEPUTAT
"Bu gün Azərbaycan xalqı qardaş Türkiyə üçün birləşərək öz yardımlarını göndərməkdədir".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, Türkiyənin müxtəlif bölgələrində baş vermiş güclü zəlzələ minlərlə insanın ölümünə, yaralanmasına və geniş ərazini əhatə edən dağıntılara səbəbəb olub:
"Hər zaman olduğu kimi yenə də Azərbaycan öz qardaşını tək qoymadı və ilk yardım əlini uzatdı. Hələ ilk gündən cənab prezident İlham Əliyevin tapşığına uyğun olaraq Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması və fəlakət zonasında axtarış işlərində iştirak etmək üçün FHN-in şəxsi heyəti yola düşdü. İki gün ərzində 10-dək təyyarə FHN-in 725 nəfərlik şəxsi heyətini və tibbi personalı, xilasetmə avadanlıqlarını, mobil səhra hospitalına aid konteynerləri, səhra mətbəxini, generatorları, nasos stansiyalarını, avtomobilləri, tibbi avadanlıqları, dərman preparatlarını, təxirəsalınmaz yardım vasitələrini, çadırları, yataq dəstlərini, humanitar və ərzaq yardımlarını qardaş ölkəyə çatdırıb. Bundan əlavə ölkə başçısının tapşırığına əsasən Azərbaycan Ordusunun hərbi tibb personalı da Türkiyəyə ezam olunub. Bizim xilasedicilərimiz bu bir neçə gün ərzində dağıntılar altından onlarla insan sağ-salamat çıxara biliblər. Həmin görüntüləri izlədikcə hər birimiz böyük qürur hissi keçiririk".
Deputat vurğulayıb ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən zəlzələ qurbanlarına dəstək məqsədilə müxtəlif dərman preparatlarının, oksigen maskalarının, filtrli sistemlərin, sarğı materiallarının, onurğa taxtalarının, ilkin yardım boyunluqlarının, xərəklərin, isti geyimlərin, çadırların daxil olduğu 36 ton humanitar yardım göndərilib. Bundan əlavə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi tərəfindən qardaş ölkəyə humanitar yardım kampaniyasına da start verilib. Azərbaycanın böyük və kiçik özəl şirkətləri böyük məbləğdə maddi yardım göndəriblər. Cənab prezident İlham Əliyevin təqdir etdiyi bu humanitar yardım aksiyasına Milli Məclisin deputatları da qoşulub. Deputat həmkarlarımla birlikdə dəhşətli zəlzələdən zərərçəkmiş türk qardaşlarımız üçün çadırlar, generatorlar, yorğanlar, qızdırıcılar və digər zəruri ləvazimatlar göndərdik".
Deputat qeyd edib ki, Əl Oyunları Sarayında olanda xalqımın hər bir üzvü ilə qürur duydum:
"Tək böyüklər deyil, balaca balalarımız da ora gələrək sevimli oyuncaqlarını Türkiyədəki körpələrə göndərirdi. Azərbaycan xalqı sona qədər Türkiyə yardımlarını davam etdirəcək. Əminəm ki, qardaş Türkiyə bu çətin günləri tezliklə arxada qoyacaq və yaşamına geri qayıdacaq".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Belə pomidorları almayın
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Ailələrə uşaq sayına görə pul veriləcək?