Azərbaycan Respublikasının Ali Məhkəməsinin yaranmasından 100 il ötdü

Azərbaycan Respublikasının Ali Məhkəməsinin yaranmasından 100 il ötdü"Azərbaycan Respublikasının Ali Məhkəməsinin yaranmasından 100 il ötür. Ötən bir əsrdə çox mürəkkəb tarixi inkişaf yolu keçən, zaman-zaman ideoloji təsirlərə, qeyri-peşəkar idarəçiliyə məruz qalan, hətta müstəqilliyimizin ilk illərində tam siyasiləşən Ali Məhkəməmiz Ümummilli Lider Heydər Əliyevin başlatdığı və hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən məhkəmə-hüquq islahatları ilə bu gün özünün ən qüdrətli və peşəkar dönəmini yaşayır.Bildiyiniz kimi, hazırda ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə, o cümlədən məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi prosesi gedir. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimi möhtərəm cənab İlham Əliyev müasir dövrün tələblərinə cavab verən, cəmiyyətdə yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək, məhkəmələrin fəaliyyətində şəffaflığı artırmaq, məhkəmə icraatının effektivliyini yüksəltmək, məhkəmə qərarlarının tam və vaxtında icra edilməsinə nail olmaq, süründürməçilik və digər neqativ halları tam aradan qaldırmaq, habelə hakimlərin müstəqilliyini təmin etmək, məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərini təkmilləşdirmək və hakimlərin sosial müdafiəsini gücləndirmək, onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması istiqamətində ardıcıl və kompleks tədbirlər həyata keçirməkdədir".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, bu prosesdə heç şübhəsiz ki, Ali Məhkəmə özünəməxsus əhəmiyyətli rol oynamaqda, xüsusən məhkəmələrdə hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırılması, ədalət mühakiməsinin keyfiyyətinin artırılması məqsədilə məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi, habelə bu ümumiləşdirmə nəticəsində müəyyən edilmiş, sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılması üçün müvafiq mexanizm yaradılması istiqamətində təbii olaraq aparıcı mövqe sərgiləməkdədir.

"Eyni zamanda islahatlar Ali Məhkəmənin özündən də yan keçməmiş, müasir çağırışlar nəzərə alınmaqla məhkəmə fəaliyyətində əsaslı dönüş yaradılmış, xüsusən mülki və kommersiya mübahisələrinə dair işlər üzrə kassasiya şikayəti vermə hüququ ilə bağlı iddia məbləğlərinə hədd qoyulması, habelə yazılı icraat təcrübəsinə müraciət edilməsi kimi çoxsaylı prosessual təkmilləşdirmələrlə hüququn tətbiqində əsaslı dönüşə nail olunmuşdur. Habelə Ali Məhkəmənin hakim korpusunun mütəmadi olaraq təcrübəli kadrlar hesabına yenilənməsi, onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması, məhkəmə aparatının kadr təminatının gücləndirilməsi, aparat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəli çoxşaxəli və sistematik tədbirlərlə Ali Məhkəmənin və bütövlükdə məhkəmə hakimiyyətinin nüfuzunun artırılması, cəmiyyətdə Ali Məhkəməyə və digər məhkəmələrə etimadın möhkəmlənməsinə səbəb olmaqdadır.
Bu gün arxada qalan 100 illik dövrü təhlil edəndə hüquq təfəkkürü və məhkəmə-hüquq mədəniyyətinin formalaşması və inkişafında Ali Məhkəmənin müstəsna rolu aydın formada görünür. Müstəqil, qalib Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda isə ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması işində Ali Məhkəmənin artan rolunun şahidi olmaqdayıq və bu şərəfli missiyada Ali Məhkəməmizin hər bir hakiminə şərəfli hakim adını uca tutaraq uğurlu fəaliyyət arzulayıram".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 893   Tarix: 14 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbli forması sadəcə geyim deyil: Bəs əhəmiyyəti nədir?

Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız şagirdlərin xarici görünüşü ilə bağlı deyil, həm də məktəb mühitində bərabərliyin qorunması, nizam-intizamın formalaşması və təhsil müəssisəsinə məxsusluq hissinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, vahid forma şagirdlər arasınd

11 oktyabr
.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç

11 oktyabr
.

Rəşad Aslanov: Türk dünyasının gələcəyi gənclərin əməkdaşlığından asılıdır

Türk dünyası gənclərinin əməkdaşlığının genişləndirilməsi, təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi türk dövlətləri arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. "Report"un yerli bürosunun məlumatına görə, bunu Azərbaycanın Türkiyədək

11 oktyabr
.

Bu rayonda 2 gün su olmayacaq - Xəbərdarlıq

Magistral su xəttində aparılan təmir-bərpa işləri ilə bağlı görüləcək işlər çərçivəsində bəzi ərzilərdə su kəsiləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, 12 oktyabr gecə saatlarından 13 oktyabr tarixi gün ərzind

12 oktyabr
.

Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?

Məktəblərdə vahid geyim formasının tətbiqi, təhsil müəssisələrinin şüşələrinin sındırılması, direktorların avtomobillərinin yandırılması və məktəb binalarına od vurmaq cəhdləri cəmiyyətin diqqət mərkəzində dayanmalı olan ciddi məsələlərdir. Söhbət təkcə təhsil müəssisələrinin daxili intizamından və y

12 oktyabr
.

Məktəb direktorunun maşını yandırıldı - Fotolar

Qaradağ rayonunda orta məktəb direktorlarından birinin maşını yandırılıb. "Qafqazinfo" APA-ya istinadən xəbər verir ki, yaxınlıqda uşaqlar da olub. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Bu fakt bir daha onu nümayiş etdirir ki, xarici qüvvələrin təhriki ilə Azərbaycanın dünyəvi dövlət modelin

12 oktyabr
.

Vahid məktəbli forması: Məktəbdə nizam-intizamın əsas şərtlərindən biri

Məktəbdə şagirdin geyimi onun təhsil mühitindəki gündəlik davranışının və məktəb qaydalarına münasibətinin bir hissəsidir. Vahid məktəbli formasının tətbiqi uşaqlar arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almaqla yanaşı, məktəbdə ümumi qayda və məsuliyyət anlayışının formalaşmasın

11 oktyabr
.

Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı

Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl

11 oktyabr
.

Media və Yayım Şurası: "Vətəndaşları süni şəkildə yaradılan informasiya dalğalarının təsiri altına düşməməyə çağırırıq" - Foto

"Azərbaycanda təhsilalanlar və təhsilverənlər üçün vahid geyim qaydalarının təsdiq edilməsi dünyəvi təhsil prinsipinin, habelə təhsil mühitində vahid yanaşmanın təmin olunmasına xidmət edir. Bununla belə, bəzi dairələr tərəfindən məsələnin mahiyyətinin qərəzli şəkildə siyasiləşdirilməsi, dini müstəviy

12 oktyabr