ABŞ İsrailin yeni qeyri-qanuni məskunlaşma planını tənqid edib
ABŞ İsrailin işğal altındakı İordan çayının qərb sahilində əlavə yaşayış məntəqələri açmaq planını dərin problem adlandırıb.
Sonxeber.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays gündəlik mətbuat konfransında açıqlama verib.
"İsrailin minlərlə yaşayış məntəqəsini irəlilədəcəyi barədə açıqlaması bizi dərindən narahat edi.Əvvəlki administrasiyalar kimi, biz də tərəflər arasında etimadı sarsıdan, gərginliyi artıran və danışıqlar yolu ilə iki dövlətli həll imkanını sarsıdan bu birtərəfli tədbirlərə qəti şəkildə qarşıyıq", - deyə Prays bildirib.
Prays İsrail hökumətinin İordan çayının qərb sahilində qanuniləşdirəcəyini açıqladığı 9 yaşayış məntəqəsinin də İsrail qanunlarına zidd olduğunu deyib.O, tərəfləri bölgədə iki dövlətli həll vizyonuna zərər verəcək və gərginliyi artıracaq əlavə hərəkətlərdən çəkinməyə çağırıb.
Prays İsrailin qeyri-qanuni hərəkətlərinə qarşı konkret addım atılıb-atılmayacağı ilə bağlı suallardan yayınıb və İsrailin ABŞ-ın bölgədəki ən yaxın müttəfiqi olduğunu və iki ölkənin təhlükəsizliyi üçün yaxından işləməyə davam edəcəyini təkrarlayıb.
Qeyd edək ki, Benyamin Netanyahu əvvəlki gün işğal altındakı İordan çayının qərb sahilində əvvəllər qeyri-qanuni qurulan 9 yaşayış məntəqəsini qanuniləşdirəcəyini, həmçinin bölgədəki zorakılıqları əsas gətirərək yaşayış məntəqələrini genişləndirəcəyini açıqlamışdı.
Şəbnəm Lətifi
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1525 Tarix: 14 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
ABŞ Prezidenti G20 sammitində Meloni ilə görüşə biləcəyini istisna etməyib
ABŞ Prezidenti Donald Tramp dekabrın 14-15-də Florida ştatının Mayami şəhəri yaxınlığında keçiriləcək "Böyük iyirmilik" (G20) sammiti çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşə biləcəyini istisna etməyib. "Report" xəbər verir ki, ABŞ lideri bu barədə Ağ Evdə jurnalistlər
11 oktyabrBritaniya Parlamentində keçmiş baş nazir Kir Starmerin yerini kim tutacaq?
Böyük Britaniyada Leyboristlər Partiyasının təmsilçisi, əslən Somalidən olan Saqal Abdi-Vali Böyük Britaniyanın Holborn və Sent-Pankras seçki dairəsində keçirilən təkrar seçkidə qələbə qazanıb. O, 11 il ərzində sözügedən dairəni parlamentdə təmsil edən Böyük Britaniyanın sabiq baş naziri Kir Starmer
11 oktyabrKobaxidze Aİ-nin Gürcüstandakı səfirinə xəbərdarlıq edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinskiyə Kaxetidə keçirilən tədbirdəki davranışına görə xəbərdarlıq edib. "Report"un Gürcüstan bürosu xəbər verir ki, Gürcüstanın hökumət başçısı bu barədə keçirdiyi brifinqdə danışıb. İ.Kobaxidze səfiri
12 oktyabrKos: Yalnız islahatlarda irəliləyən ölkələr Aİ-yə daxil ola biləcək
Yalnız islahatların aparılmasında və zəruri tələblərin yerinə yetirilməsində irəliləyiş əldə edən namizəd ölkələr Avropa İttifaqının üzvü ola biləcəklər. "Report"un Avropa bürosu xəbər verir ki, bu barədə genişlənmə məsələləri üzrə avrokomissar Marta Kos Lüksemburqda Aİ-nin Xarici İşlər Şurasını
12 oktyabrAtilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların
11 oktyabr