Türkiyədən gətirilən tikinti materialları bahalaşa bilər? - AÇIQLAMA
Hazırda Azərbaycanın tikinti bazarında Türkiyədən gətirilən materialların payı kifayət qədərdir. Santexnika məmulatları, kauçuk, plastik boru, qapı-pəncərə, kafel, divar kağızı kimi məhsullar əsasən bu ölkədən idxal edilir.
Fevralın 6-da Türkiyədə baş verən zəlzələ nəticəsində 10 əyalətdə 12 mindən artıq binanın dağılması bu ərazilərdə sürətli yenidənqurma, tikinti işlərini labüd edir, ölkə daxilində tikinti materiallarına tələbat artır.
Bu isə xaricə məhsul satışının bahalaşmasına səbəb olur.
Sonxeber.az-ın məlumatına görə, məsələ ilə bağlı trend-ə açıqlamasında daşınmaz əmlak eksperti Ramil Qasımzadə bildirib ki, Türkiyədən ölkəmizə gətirilən tikinti materiallarında hələ ki, bahalaşma qeydə alınmayıb, lakin bu, gözləniləndir:
"Gələcək aylarda ola bilər ki, bahalaşma olsun. Çünki Türkiyənin özündə də tikinti materiallarına tələbat zəlzələdən sonra daha da artıb. Türkiyədən ölkəmizə əsasən santexnika, elektrik naqilləri və kauçuk tipli mallar gətirilir. Bu malların qiymətində hələ ki, artım qeydə alınmayıb. Ümumiyyətlə tikinti materialları bazarında bahalaşma mart ayından başlayır", - deyə ekspert qeyd edib.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, ardınca Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan edilib. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1135 Tarix: 14 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda təhsil dünyəvi xarakter daşıyır - AÇIQLAMA
"Nazirlər Kabinetinin qərarında bəzi məsələlərə konkret aydınlıq gətirilir. Həm şagirdlər, həm də müəllimlər müəyyən normalara əməl etməlidirlər və məktəbin fəaliyyəti həmin normalar əsasında tənzimlənməlidir". Bunu -a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib. "Qərard
12 oktyabrAzərbaycanda ideoloji təhlükəsizlik və dini-mənəvi dəyərlərə dövlət qayğısı
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı vurğuladığı kimi, ideoloji təhlükəsizlik dövlətin milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı, sosial şəbəkələrin təsir imkanlarını
12 oktyabrBakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl
11 oktyabrMasazırdakı qəzada ölənlərin kimliyi bilindi - Foto
Ötən gecə Masazırda baş verən ağır yol qəzasında həlak olan 2 gəncin şəxsiyyəti müəyyənləşib. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, saat 20:40-da Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "Kia Rio" markalı avtomobillə toqquşan motosikletdə ölən şəxslərin 2005-ci il təvəllüdl
12 oktyabrMəktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən dövlət ümumi təhsil müəssisələrində vahid geyim formalarının tətbiqi ilə bağlı müəyyən edilmiş qaydaların icrasına maneçilik törədilməsi zəminində ictimai qaydanın kobud şəkildə pozulması halları müşahidə edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətində
12 oktyabrUşağın həyatına təhlükə yaradan oyuncaqlar müzakirə edildi - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. "Şimal-Cənub dəhlizi və Orta Dəhliz uğrunda mübarizə: Avazada hansı qərarlar verilə bilər, "Dövlət İmtahan Mərkəzinin müsabiqəsi yeni suallar yaratdı: boş yerlər niyə ilk mərhələdə bölüşdürülmədi, "Uşağın həyatın
11 oktyabr