Su ehtiyatları kəskin azalır: Nazirlikdən həyəcan təbili - FOTO

Su ehtiyatları kəskin azalır: Nazirlikdən həyəcan təbili - FOTO"Yaxın gələcəkdə iqlim dəyişikliyi ilə bağlı havanın temperaturunun artması, düşən yağıntının miqdarının azalması davam edəcək ki, bu da su ehtiyatlarına öz təsirini göstərəcək".

BAKU.WS xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, insanlar sudan qənaətlə istifadə etməlidirlər ki, su qıtlığının qarşısı alınsın:

"Bizim xidmət tərəfindən davamlı olaraq ölkə və tranzit çaylarda monitorinqlər aparılır. Həmin göstəricilər əsasında statistik məlumatlar hazırlanır ki, çaylarda suyun miqdarının azalması və iqlim dəyişikliyinin su ehtiyatlarına necə təsir etməsi barədə müqayisələr aparılsın.
Su ehtiyatları kəskin azalır: Nazirlikdən həyəcan təbili - FOTOSon illər aparılan monitorinqlər onu göstərir ki, daxili və tranzit çaylarda suyun səviyyəsi azalıb. 1961-ci illə 1991-ci ili müqayisə etdikdə su ehtiyatlarında azalmanın özünü göstərməsi məlum idi. Amma son 10 ildə azalma özünü daha çox büruzə verir. Belə ki, Araz, Kür və Qanıxçayda suyun səviyyəsi kəskin azalıb".

Mərkəzin direktoru qeyd edib ki, su qıtlığı ilə bağlı problemlərdən biri də odur ki, su ehtiyatlarımızın 65-70 faizi qonşu ölkələrin ərazisində formalaşaraq bizim çaylara daxil olur:

"Azərbaycan gələn çayların son hissəsində yerləşdiyi üçün təsir özünü daha çox göstərir. 2020-ci ildə çaylarda az sulu dövr oldu və Kürün səviyyəsi azaldı. Nəticədə Xəzər dənizinin duzlu suyu geri axına səbəb oldu ki, Kürə yaxın ərazidə yaşayan insanlar suyun olmamasından əziyyət çəkdilər.
Su ehtiyatları kəskin azalır: Nazirlikdən həyəcan təbili - FOTO2020-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Su komissiyası yaradılıb. Görülən tədbirlər nəticəsində 2020-ci ildə yaranan su qıtlığının qarşısı ötən il müəyyən səviyyədə alındı, kortəbii qoşulmalar ləğv edildi. Davamlı olaraq sudan istifadə edilməsi ilə bağlı maarifləndirmə tədbirləri aparılır. Bütün bu işlər ona görədir ki, gələcəkdə su qıtlığı problemi ilə üzləşməyək".

Qeyd edək ki, artıq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib. Samur çayında su ehtiyatının iki dəfə azalması, həmçinin "Taxtakörpü" su anbarında 50 milyon kubmetr ehtiyat qalması ASC-ni bu addımı atmağa vadar edib.

Ötən il "Taxtakörpü" su anbarında 180 milyon kubmetr su ehtiyatı var idi. Prezident İlham Əliyevin sərəncamı ilə Su komissiyası yaradılıb. Komissiyanın iclasında mənbələrdən götürülən su həcmlərinə qənaət olunması qərara alınıb. Məhz itkilərin qarşısının alınması ilə bağlı qənaət rejiminə keçilib.

Suraxanı, Sabunçu, Binəqədi, Abşeron və digər ətraf ərazilərdə qrafikə görə 14 saat su verilirsə, bu, 10 saata salınacaq. Eyni zamanda, hansı ərazidə 12 saat su verilirsə, 8 saata salınacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1451   Tarix: 15 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Məktəbli forması sadəcə geyim deyil: Bəs əhəmiyyəti nədir?

Məktəblərdə vahid geyim formasının tətbiqi yalnız şagirdlərin xarici görünüşü ilə bağlı deyil, həm də məktəb mühitində bərabərliyin qorunması, nizam-intizamın formalaşması və təhsil müəssisəsinə məxsusluq hissinin gücləndirilməsi baxımından əhəmiyyət daşıyır. Eyni zamanda, vahid forma şagirdlər arasınd

11 oktyabr
.

Böyük qələbələrə aparan 23 il

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı olaraq inkişaf edir, güclənir, regionda güc mərkəzinə çevrilir. Qazanılan uğurlar, torpaqlarımızın işğaldan azad olunması isə regionda yeni vəziyyət yaradıb. 22 il öncə - 15 oktyabr 2003-cü ildə keçirilən prezident seçkilərində xalqımızı

12 oktyabr
.

Sabahın havası: Yağış, şimşək, duman...

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətində

11 oktyabr
.

Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsinin qarşısının alınmasıdır". xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmiro

11 oktyabr
.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç

11 oktyabr
.

İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi

Azərbaycan uşaqlarının təhlükəsizliyi məsələsi yalnız ailə və təhsil sisteminin məsuliyyəti ilə məhdudlaşmır. Bu məsələ ölkənin milli təhlükəsizliyi, informasiya mühiti, milli-mənəvi dəyərlərin qorunması və gələcək nəslin formalaşması ilə birbaşa bağlıdır. İranın Azərbaycan uşaqlarına təsiri ilə bağl

11 oktyabr
.

Zəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb

2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind

11 oktyabr
.

Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı

Bakıda marketlərdən yoxa çıxan toyuq filesinə artıq vitrinlərdə yenidən rast gəlməyə başlanılsa da, qiymətin kəllə-çarxa qalxdığı diqqətdən qaçmayıb. -ın əldə etdiyi məlumata görə, məşhur marketlər şəbəkələrindən birində file müştərilərə 10.50 manata təklif olunur. Xatırladaq ki, təxminən iki ay əvvəl

11 oktyabr
.

Məktəblərə hücum, yandırılan avtomobillər və İran izi: Hədəf Azərbaycanın gələcəyidirmi?

Məktəblərdə vahid geyim formasının tətbiqi, təhsil müəssisələrinin şüşələrinin sındırılması, direktorların avtomobillərinin yandırılması və məktəb binalarına od vurmaq cəhdləri cəmiyyətin diqqət mərkəzində dayanmalı olan ciddi məsələlərdir. Söhbət təkcə təhsil müəssisələrinin daxili intizamından və y

12 oktyabr