Evin zəlzələyə davamlılığını necə bilmək olar? - RƏSMİ
Türkiyədə baş verən dəhşətli zəlzələlər ölkəmizdə insanlar arasında təşvişə səbəb olub.
Artıq ev elanlarının yerləşdirildiyi saytlarda da mənzillərin zəlzələyə davamlı olduğuna dair mətnlərə rast gəlmək olur. Hətta, insanlar yaşamaq üçün həyət evinə üstünlük verməyə başlayıblar ki, bu da son 1 həftədə fərdi yaşayış evlərinin bahalaşmasına şərait yaradıb.
Bəs görəsən, evlərin zəlzələyə davamlı olub-olmamasını necə müəyyən edə bilərik? Binanın zəlzələyə davamlılığını göstərən arayış ya da hər hansı bir sənəd təqdim olunurmu?
Suallara aydınlıq gətirmək üçün rəsmi qurumlara müraciət etdik. FHN TTNDA Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin Rəisi Təyyar Hüseynli BAKU.WS-ə açıqlamasında bildirdi ki, layihə sənədlərinə uyğun tikintisi tamamlanmış obyektlərə Dövlət Baş Tikinti Müfəttişliyi tərəfindən "İstismara Hazırlıq Aktı" verilir. Bu isə bina və qurğunun möhkəmlik və zəlzələyə davamlı olmasına zəmanət verən əsas sənəddir:
"Bina və qurğuların layihəsi yerləşdikləri ərazidə aparılmış geoloji və topoqrafik tədqiqatların nəticəsində tərtib olunmuş hesabatlara əsasən hazırlanır. Bu hesabatlarda digər məlumatlarla yanaşı ərazinin seysmikliyi, qruntun seysmik özəllikləri də öz əksini tapır. Layihə sənədlərinə Dövlət Ekspertiza Baş İdarəsinin müsbət rəyində obyektin konstruktiv həllinin müvafiq möhkəmlik və seysmik normaların tələblərinə uyğun olduğu xüsusi qeyd olunur.
FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Dövlət Baş Tikinti Müfəttişliyi bütün mərhələlərdə tikintinin təsdiq olunmuş layihəyə uyğun inşa edilməsinə nəzarət edir və tikintinin gedişi haqqında "Dövlət Nəzarəti Jurnalı"-nda ardıcıl qeydlər aparır".
O ki qaldı həyət evlərinin zəlzələyə davamlılıq məsələsinə, idarə rəisi deyir ki, fərdi yaşayış elərinin (həyət evləri) layihələri Ekspertizadan keçilib tikintisi yuxarıda qeyd olunan qaydada aparılarsa, proses eyniliklə başa çatdırılır. Elanlarda evin zəlzələyə davamlı olduğunun göstərilməsi bir çox hallarda sırf reklam xarakterlidir:
"Yox əgər fərdi yaşayış evləri layihəsiz, ekspertizasız inşa edilirsə və sonradan hər hansı yoxlama aparılıb müvafiq sənədlər təmin edilmirsə, bu binanın zəlzələyə, eləcə də, digər təsirlərə davamlılığı haqqında rəsmi fikir bildirmək mümkün deyil. Hər hansı bir mövcud binanın seysmik cəhətdən davamlılığı xüsusi elmi tədqiqat işləri əsasında öyrənilə və müvafiq hesabat tərtib edilə bilər. Bunu, bu sahədə səlahiyyətli olan ixtisaslaşmış qurumlar həyata keçirə bilər".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən - 37 nəfər həbs olundu