Yunanıstanlı nazir Türkiyə ilə bağlı isti mesajlar verib
Yunanıstanın xarici işlər naziri Nikos Dendias qeyd edib ki, Yunanıstanın Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Türkiyə ilə həmrəy olması və Türkiyə ictimai rəyində yaranan müsbət atmosfer iki xalqın yaxınlığını ortaya qoyub.
"Ta Nea" qəzetinə danışan Dendias Türkiyənin görünməmiş bir fəlakətlə üz-üzə qaldığını və zəlzələdən sonra Türkiyəyə səfərinin Yunanıstanın türk xalqı ilə sonsuz həmrəyliyini göstərmək olduğunu bildirib.
Dendias Yunanıstanın Türkiyəni həm ikitərəfli səviyyədə, həm də Avropa İttifaqının (Aİ) üzvü kimi dəstəkləmək arzusunda olduğunu bildirib.
Xarici işlər naziri Mövlud Çavuşoğlunun Türkiyədə onu çox səmimi qarşıladığını ifadə edən Dendias, Türkiyə vətəndaşlarının da Yunanıstan axtarış-xilasetmə qruplarına son dərəcə isti mesajlar göndərdiyinə diqqət çəkib.
Dendias qeyd edib ki, Yunanıstanın yardıma hazır olması və türk ictimaiyyətinin bu yardıma görə minnətdarlığı iki xalqın yaxınlığını və ehtiyac yarandıqda türk xalqını dəstəkləməyə hazır olduqlarını nümayiş etdirir.
Digər tərəfdən, Dendias bildirib ki, Yunanıstanın türk xalqına yardımı geosiyasi proseslərlə əlaqələndirilə bilməz: "Həmkarım Çavuşoğlunun fikir ayrılıqlarımızın dialoq yolu ilə həlli üçün səy göstəriləcəyinə ümid etdiyini ifadə edən bəyanatını ehtiyatla xatırlayıram. İki qonşu dvlətin arasıda olan anlaşılmazlıqların danışıqlar yolu ilə həll olunacağını ümid edrəm", - deyə nazir qeyd edib.
Dendias vurğulayıb ki, üç illik gərginlikdən sonra sülh və sabitliyə zəmanət verəcək beynəlxalq hüquq əsasında mehriban qonşuluq münasibətlərinə qayıdış üçün nikbin mənzərə yaranıb./Bizimyol.info
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1260 Tarix: 19 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Atilla Taşın binadan yıxılaraq ölən qızı 11 ay əvvəl boşanıbmış
Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Axşam.az-ın məlumatına görə, Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvəl qarşılıqlı razılıq əsasında, rəsmi şəkildə boşandıqların
11 oktyabrFinlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb
Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard
11 oktyabrABŞ Rusiyadan dizel yanacağı tədarükünə icazə verdi
ABŞ Rusiyada istehsal olunan dizel yanacağının tədarükünə tətbiq edilən sanksiyaları 2027-ci il aprelin 7-dək müvəqqəti dayandırıb. xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib ki, ABŞ Prezidenti Donald Trampın göstəriş
11 oktyabrTramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"
11 oktyabrTramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yeni prezidentin lazım olduğunu bildirib. "Report" xəbər verir ki, Amerika lideri bu barədə Ağ Evin qarşısında jurnalistlərlə söhbətində bildirib. Trampın sözlərinə görə, Ukrayna lideri Volodimir Zelenski Rusiya-Ukrayna münaqişəsini "dəfələrlə"
11 oktyabr