Tehranda güclü zəlzələ olacaq - Şok xəbərdarlıq edildi
Türkiyənin 10 vilayətini əhatə edən, 40 minə yaxın insan itkisinə səbəb olan zəlzələ dünyada ciddi narahatlıq yaradıb. Söhbət daha çox böyük şəhərlərdən gedir.
Həmin şəhərlərdən biri də zəlzələlərin tez-tez baş verdiyi İranın paytaxtı Tehrandır.
Şəhər Şurasının sədri Mehdi Şamran fevralın 6-da baş verən zəlzələlərdən sonra deyib ki, Tehranda baş verən zəlzələ əsrin fəlakəti olacaq.
Tehran meri Əli Rza Zəkani bildirib ki, şəhərdəki qeyri-sabit binaların siyahısını dərc etsələr, heç kim burada qalmaq istəməyəcək: "Həqiqəti bilsələr, qaçarlar".
Alimlər uzun illərdir ki, Tehranda 7 baldan yuxarı zəlzələnin olacağı barədə xəbərdarlıq ediblər. Əhalisinin sayı 16 milyon olan şəhərdə 6 ayrı böyük qırılma xətti var. 2020-ci il hesabatına görə, Tehran zəlzələ riski yüksək olan meqapolislər arasında birinci yerdədir.
Mümkün zəlzələnin əhali sıxlığı və planlaşdırılmamış urbanizasiya səbəbindən şəhərdə böyük insan itkisinə səbəb olacağı narahatlığı var.
Mütəxəssislərin fikrincə, Tehran təxminən hər 150 ildən bir Rixter cədvəli üzrə ən azı 7 bal gücündə zəlzələ ilə sarsılır və sonuncu böyük zəlzələ 190 il əvvəl olub./Teleqraf
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2937 Tarix: 19 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11 oktyabr"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind
12 oktyabrABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı
ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi
10 oktyabrİndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabr