Türkiyədə zəlzələdən sonra axtarış-xilasetmə işlərinin başa çatdığı şəhərlər açıqlanıb
Kahramanmaraş və Hatay istisna olmaqla digər şəhərlərdə axtarış-xilasetmə işləri başa çatıb.
Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer brifinqdə açıqlayıb.
"İllərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb. Hər gün canlı bir qardaş-bacımıza yetişmək ümidi ilə fəaliyyətimizi davam etdiririk", - o vurğulayıb.
Qeyd edək ki, zəlzələnin fəsadları ölkənin 11 şəhərini – Adana, Adıyaman, Diyarbakır, Elazığ, Qaziantep, Hatay, Kahramanmaraş, Kilis, Malatya, Osmaniye və Şanlıurfanı əhatə edib.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 6 000-dən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 40 689 nəfər dünyasını dəyişib.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Ailələrə uşaq sayına görə pul veriləcək?