KİV: Belarus XİN rəhbərinin ölümünə şəxsi faciəsi səbəb olub
2022-ci ilin noyabrında vəfat edən Belarus xarici işlər naziri Vladimir Makeyin ölümünə sui-qəsd deyil, onun şəxsi faciəsi səbəb ola bilər.
Ehtimal ki, məmur sadəcə olaraq intihar edib.
Bu barədə məlumatı tibb və dövlət idarəçiliyi sahəsindən 4 müstəqil mənbə təsdiqləyib.
Bildirilir ki, Makeyi intihar etmək qərarına bir sıra amillər sövq edə bilərdi: Belarusun əsas diplomatı kimi müəyyən etdiyi siyasi kursun iflası fonunda karyerasındakı problemlər və Lukaşenkonun onu vəzifədən uzaqlaşdırmaq niyyəti, eləcə də ailədəki şəxsi problemləri.
Məlumata görə, Makeyinin dostları deyirlər ki, o, rəhbərlik etdiyi kursun uğursuzluğundan çox narahat olub və tez-tez özünü lazımsız, bəzən isə sadəcə olaraq yersiz hiss edib. Makey Lukaşenkonun onun üçün "əvəz" axtardığını bilirdi və bu anı ağrılı şəkildə qəbul edirdi. O, tezliklə yüksək siyasi mövqeyini itirəcəyini başa düşürdü və gələcəkdə özü üçün başqa perspektiv görmürdü.
Qeyd olunur ki, Makeyin ailəsində də fikir ayrılıqları olub. Öldüyü gün o, Drozdıdakı evinə arvadı olmadan tək qayıdıb. İstintaq bildirir ki, qadın kiçik oğlu ilə başqa mənzildə qalmağı seçib.
Xatırladaq ki, Belarusun xarici işlər naziri Vladimir Makey 2022-ci il noyabrın 26-da 64 yaşında vəfat edib. O, Drozdıdakı evində tapılıb. Əvvəlcə Makeynin ölümünün rəsmi səbəbi dəqiqləşdirilməyib. Daha sonra mətbuat onun infarktdan ölə biləcəyini yazıb.
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bildirib ki, Makey zəhərlənərək ölə bilərdi.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Gələcəkdə pensiyalar AZALACAQ
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Belə pomidorları almayın
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi
Bakıda marketlərdən yoxa çıxan məhsul daha da bahalaşdı
Ailələrə uşaq sayına görə pul veriləcək?