Mixaylo Podolyak: "Rusiya Ukraynada hər gün 800 - 1 100 hərbçi itirir"
"Rusiya Ukraynada hər gün 800 - 1 100 hərbçi itirir".
Bunu "Report"un Şərqi Avropa bürosuna açıqlamasında Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.
"Hərbi əməliyyatların planlaşdırılması, bununla bağlı hazırlıq keyfiyyətcə başqa mərhələdədir. Doğrudur, təminatla bağlı bəzi problemlər var. Qeyd edim ki, ilk növbədə 120 mm, 80 mm-lik mərmilər, sursatlar çatışmazlığı mövcuddur. Odur ki, əvvəlcə təminatla bağlı problemi həll etmək lazımdır", - o deyib.
Podolyakın sözlərinə görə, Ukrayna ordusu bölmələrinin döyüş qabiliyyəti 6 ayla, 1 illə müqayisədə keyfiyyətcə çox fərqlidir: "Bizdən dəfələrlə çox olan qüvvənin qarşısını effektiv şəkildə alırıq. Məsələn, Luqansk, Uqledar, Liman, Baxmut və digər istiqamətlərdə sayca çox olan Rusiya hərbi qüvvələrinin. Həmin ərazilərdə effektiv, manevrli müdafiə xəttimiz var".
"Resurs və vasitələrimizin az olmasına baxmayaraq, Ukrayna ordusu son 5-6 ayda çox güclənib. Rusiya ordusunun məhv edilən canlı qüvvəsinin, hərbi texnikasının sayı dəfələrlə artıb. Məsələn, müharibənin bu mərhələsinə qədər Rusiya hər gün 200-300 hərbçi itirirdisə, hazırda bu rəqəm orta hesabla 800 - 1 100 hərbçidir. Bu, Ukrayna ordusunun döyüş qabiliyyətinin keyfiyyətinin göstəricisidir", - Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1237 Tarix: 19 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rubio və Moteqi Okinavada ABŞ dəniz piyadasının həbsini müzakirə edib
ABŞ Dövlət katibi Marko Rubio Yaponiyanın xarici işlər naziri Toşimitsu Moteqi ilə telefon danışığında ABŞ Dəniz Piyadaları Korpusunun hərbi qulluqçusunun Okinava adasının sakininin qətlində şübhəli bilinərək həbs olunmasını müzakirə edib. "Report" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentini
11 oktyabr"Sahar Azəri"nin yayımladığı hicab aksiyası Azərbaycana aid deyil
İranın dövlət televiziya və radio qurumu olan IRIB-in Azərbaycan dilində yayımlanan "Sahar Azəri" kanalında guya Türkiyədə ölkəmizlə bağlı aksiya keçirilməsi barədə yanlış məlumat yayılıb. "Qafqazinfo" xəbər verir ki, kanalın "YouTube" hesabında Türkiyənin Diyarbəkir şəhərind
12 oktyabrABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı
ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi
10 oktyabrİndoneziyanın Semeru vulkanı dörd dəfə püskürüb
İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin məlumatına görə, Şərqi Yava əyalətində yerləşən Semeru vulkanının ən azı dörd püskürməsi qeydə alınıb. xəbər verir ki, mərkəzin məlumatına görə, kül sütunu vulkanın zirvəsindən (dəniz səviyyəsindən 4576 metr yüksəklikdə) 900 met
12 oktyabr