Türkiyədə afterşoklar nə vaxtadək davam edəcək? - ABŞ tədqiqatçıları açıqladı
Fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində baş verən dəhşətli zəlzələlərdən 17 gün keçməsinə baxmayaraq, afterşoklar hələ də davam edir. İki gün öncə Hatayda baş verən zəlzələnin isə əsas yoxsa afterşok olduğu müəmmalı məsələyə çevrilib.
Bəs görəsən Türkiyədə afterşoklar nə vaxtadək davam edəcək?
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, zəlzələ bölgəsində tədqiqat aparan ABŞ-li elm adamları afterşokların illərlə davam edəcəyini açıqlayıblar.
Buna səbəb Kahramanmaraş zəlzələsinin qeyri-adi formada yer səthinə yaxın ərazidə baş verməsidir.
Bölgədəki afterşokları araşdıran ABŞ xəbər agentliyi Yaponiya Meteorologiya İdarəsinin açıqlamalarına əsaslanaraq, Hatay zəlzələsinin 2011-ci ildə Yeni Zelandiyada baş verən Christchurch zəlzələsinə bərabər olduğunu bildirib.
Agentliyin məlumatına görə, afterşoklar əsas zəlzələdən bir neçə saat sonra baş verir və 10 günə qədər davam edə bilər.
Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat Xidmətinin məlumatına görə, dərində baş verən zəlzələlərin yerə yaxın zəlzələlərlə müqayisədə afterşokların davam etmək ehtimalı daha azdır.
ABŞ-li ekspertlər bildiriblər ki, Türkiyədə ardıcıl olaraq baş verən zəlzələlər "qeyri-adi"dir, ona görə ki, onlar daha əvvəl baş verən zəlzələlərin qırılma xəttində meydana gələn təkanlardan daha böyükdür.
Nəzərinizə çatdıraq ki, Türkiyədə fevralın 6-da baş verən zəlzələnin dərinliyi qeyri-adi şəkildə 18 kilometrdən az idi. Bu səbəbdən mütəxəssislər afterşokların illərlə davam edə biləcəyini deyirlər.
Qeyd edək ki, son rəqəmlərə görə 17 gün əvvəl Türkiyədə baş verən zəlzələdən sonra 7 242 afterşok qeydə alınıb. Onların içində 5 baldan yuxarı güclü təkanlar da var.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1098 Tarix: 23 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Rusiyalı uşaq Türkiyədə VALİDEYNLƏRİNİN GÖZÜ QARŞISINDA qəfildən öldü
Valideynləri ilə Türkiyəyə tətilə gedən 4 yaşlı Rusiya vətəndaşı anidən dünyasını dəyişib. APA-ya istinadən xəbər verir ki, azyaşlı valideynlərinin yanında qəflətən özünü pis hiss edib. Həkimə müraciət etsələr də, uşağın həyatını xilas etmək mümkün olmayıb. Onun hansı səbəbdən öldüyü hələlik dəqiqləşdirilməyib
16 sentyabr 202118 yaşlı tennisçinin geyimi sosial şəbəkələrdə ajiotaj yaratdı - FOTO
"US Open"in qalibi olan britaniyalı tennisçi Emma Radukanunun Açıq Çempionatda geyindiyi idman komplekti böyük ajiotaja səbəb olub. "Böyük Dəbilqə" turinirinin 18 yaşlı çempionu, "Nike" firmasının dar topunda və yubka-şortda korta çıxıb. Məlumata görə, elə həmin günü şirkəti
15 sentyabr 2021"Taliban" Qadınların İşləri üzrə Nazirliyi "əxlaq polisi"nə çevirdi
Əfqanıstanda hakimiyyəti ələ keçirən "Taliban" hərəkatı daha bir nazirliyi ləğv edib. Yayılan xəbərlərə görə, Kabildə Qadınların İşləri üzrə Nazirliyin önündən qurumun adı əks olunan lövhə çıxarılıb. Onun yerinə "Xeyirli olanın əmri və zərərli olanın qadağası" adlı yeni idarə yaradılıb
18 sentyabr 2021Sevgilisinin infarkt keçirdiyini görüb, özünü binadan atdı
İstanbulun Pendik hotelində ölümlə nəticələnən hadisə baş verib. Unikal.org-a istinadən xəbər verir ki, sevgilisi ilə birlikdə hotelə gələn 46 yaşlı Abdülmecit Yılmazın qəfildən vəziyyəti pisləşib. Belə ki, kişi 38 yaşlı sevgilisi Zöhrəyə "Ürəyim sıxılır" deyərək, yardım istəyib. Amma kiş
16 sentyabr 2021İki dəfə dünyaya gəldiyini deyən qadın ÖLKƏ RƏHBƏRİNİ DƏ ŞOKA SALDI
Reenkarnasiya həqiqətən var ya yox bilinmir, amma Hindistanda baş verən bu hadisə, ona olan baxışınızı tamamilə dəyişəcək. -a istinadən iki dəfə doğulduğunu iddia edən hindli Şanti Devinin ağlları başdan alan hekayəsini təqdim edir. Şanti Devi cəmi 4 yaşında ikən ailəsinə evindən 120 kilometr uzaqlıqd
18 sentyabr 2021Toyda o qədər pul yığıldı ki, 4 nəfər güclə daşıdı - VİDEO
Siirtdə keçirilən qəbilə toyunda bəyin pulu daşıması görüntüləri böyük maraq doğurub. " "a istinadən xəbər verir ki, çoxlu sayda qonağın iştirak edən toy şəhərin tanınmış simalarından birinin oğlu üçün baş tutub. Bəy pulu daşımaq üçün yanında olan daha 3 nəfərdən kömək istəyib. Bəy və yoldaşlarını
17 sentyabr 2021Dünyanın ən nüfuzlu insanları açıqlandı
ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilər arasında reytinqə ABŞ-ı
16 sentyabr 2021Rəqs edən qadın meymun tərəfindən qarət olundu - VİDEO
Çində milli parkların birində gülməli hadisə baş verib. Belə ki, qadının təbiət fonunda rəqs etmək həvəsi onun meymun tərəfindən qarət olunması ilə nəticələnib. Hadisənin görüntüləri sosial şəbəkədə yayılıb. Kadrlarda qadının oynadığı vaxt bir meymunun çevik hərəkətlə onun çantasını qapıb qaçması ək
16 sentyabr 2021