Avropa Parlamenti Tiktok-u qadağan etdi
Avropa Komissiyasının ardınca Avropa Şurası da Çində yerləşən Tiktok-a qarşı tədbir görüb.
Sonxeber.az xəbər verir ki, Aİ Şurasının əməkdaşlarına proqramdan korporativ cihazlarda istifadə etmək qadağan edilib.
Yaxın vaxtlarda Avropa Parlamentinin də analoji qərar qəbul edəcəyi gözlənilir.
TikTok qadağası Avropa İttifaqının qurumlarında genişlənir.
Bir müddət əvvəl Çində yerləşən Tiktok sosial media platformasından istifadə Aİ Komissiyasının əməkdaşları tərəfindən məhdudlaşdırılmışdı.
Qərara səbəb kimi təhlükəsizliklə bağlı narahatlıq göstərilib. İndi Avropa Şurası da oxşar addım atıb.
TikTok tətbiqi korporativ cihazlardan silinməyə başlayacaq.
Bundan əlavə, işçilərdən korporativ şəbəkələrə qoşulduqları şəxsi cihazlarından tətbiqi silmək tələb olunacaq.
Aİ Komissiyası və Şurasından sonra Avropa Parlamentinin də oxşar qərar qəbul edəcəyi gözlənilir.
TikTok tətbiqi ABŞ-da rəsmi xidmət üçün istifadə edilən cihazlarda da qadağandır.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1606 Tarix: 24 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb
Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard
11 oktyabrTramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"
11 oktyabrTramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində
11 oktyabr