Nigeriya ordusu 2 həftədə 100 terrorçunu zərərsizləşdirib
Nigeriya ordusu ölkənin şimal-şərqində terror təşkilatlarına qarşı əməliyyatlarını davam etdirib.
Sonxeber.az xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Musa Danmadami verdiyi açıqlamada ordunun 9-23 fevral tarixlərində Borno əyalətində terror təşkilatları Boko Haram və ISWAP üzvlərinə qarşı havadan və qurudan əməliyyatlar həyata keçirdiyini bildirib.
Danmadami əməliyyatlarda ən az 100 terrorçunun öldürüldüyünü, çoxlu sayda terrorçunun isə yaralanaraq xilas olduğunu qeyd edib.
Əməliyyatda terrorçuların sığınacaqlarının bombalandığını bildirən Danmadami 38 silah və mühüm sursatın da ələ keçirildiyi məlumatını paylaşıb.
Nigeriyada 2000-ci illərin əvvəllərindən 2009-cu ildən bəri mövcud olan Boko Haramın təşkil etdiyi kütləvi terror aktlarında 20 mindən çox insan həyatını itirib.
Terror təşkilatı 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirib. Təşkilatın Çad gölü hövzəsində təşkil etdiyi hücumlarda ən az 2000 adam həyatını itirib.
Terror aktları və qarşıdurmalar səbəbindən ölkədə yüz minlərlə insan miqrasiya etməli olub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR
Gələcəkdə pensiyalar AZALACAQ
Turşunun xırt-xırt olması üçün bankaya 3 ƏDƏD ATMAQ KİFAYƏTDİR
Azərbaycanda pensiyalar BELƏ ARTIRILACAQ - Yeni qayda
Məktəbli uşağı olan şəxslərə ŞAD XƏBƏR - Nazirlik AÇIQLADI
"Şahrux Xan bu klipi görsə, karyerasını bitirər" - (Video)
Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK
Məktəblilər dərsə necə geyinməlidirlər? - Rəsmi qaydalar
Azərbaycanda daha bir məhsulunun qiyməti KƏSKİN ARTDI - VİDEO
Belə pomidorları almayın
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..
Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib - SƏBƏB AÇIQLANDI
4 otaqlı mənzil telefon qiymətinə! - KƏSKİN UCUZLAŞMA
Paltaryuyanın qapağını daim açıq saxlayanlara xəbərdarlıq
İranın Azərbaycan uşaqlarına təsiri məsələsi: Milli təhlükəsizlik, ideoloji mübarizə və cəmiyyətin gələcəyi