"Xocalı soyqırımından danışdıqda, mütləq onu yaradan səbəbləri və günahkarları qeyd etmək lazımdır" - DEPUTAT

"Xocalı soyqırımından danışdıqda, mütləq onu yaradan səbəbləri və günahkarları qeyd etmək lazımdır" - DEPUTAT"İyirminci əsrin sonlarında erməni faşistlərinin insanlıq əleyhinə törətdiyi Xocalı qətliamından 31 il ötür".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki,1992-ci ilə qədər Xocalı, Azərbaycanın Qarabağ bölgəsində yerləşən çoxsaylı yaşayış məskənlərindən biri idi:

"Demək olar ki, o zaman Azərbaycan daxilində belə kifayət qədər tanınmırdı. Xankəndinin 10 km. yaxınlığında, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yolunun üstündə yerləşməsi, Qarabağda yeganə aeroportun Xocalıda yerləşməsi, onun strateji əhəmiyyətini artırırdı.

Fevral ayının 25-dən 26-a keçən gecə, Ermənistan silahlı qüvvələri və Xankəndində dislokasiya olunmuş, keçmiş SSRİ-dən qalmış, şəxsi heyətin əksəriyyətinin ermənilər təşkil etdiyi 366-cı alayın dəstəyi ilə müdafiəsiz qalmış Xocalıya hücum həyata keçirildi. Şəhər tamamilə yandırıldı. Dinc əhali hərbçilər tərəfindən güllələndi. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, yaşlı insanlar qətlə yetirildi. 1275 nəfər əsir düşdü. O dövrün valyutası ilə milyardlarla rubl dövlət əmlakına ziyan dəydi".

Deputat vurğulayıb ki, Xocalı soyqırımından danışdıqda, mütləq onu yaradan səbəbləri və günahkarları qeyd etmək lazımdır:

Əsas cinayəti-soyqırımı törədənlər; sonralar Ermənistan prezidentləri olmuş Robert Koçaryan, Serjik Sarkisyan, yazıçıdan daha çox uşaq qatili kimi məşhurlaşmış Zori Balayan, Seyran Ohanyan, Vitali Balasanyan və digər çoxsaylı əlləri uşaq, körpə qanına batmış Yanlar. Yüz illlər keçsə də, nə tarix, nə də ki, Allah o cəlladların etdiklərini heç zaman bağışlamayacaqdır.

Qarabağda separatçıların aktiv fazaya keçidi, Heydər Əliyevin Sovet İttifaqı kommunist partiyasının siyasi büro üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən istefa verdiyindən dərhal sonra başladı. Nə qədərki, Heydər Əliyev vəzifədə idi, ermənilərin səsi çıxmırdı. Bir tərəfdən SSRİ rəhbəri Mixail Qorbaçovun ermənipərəst mövqeyi,digər tərəfdən Xocalının, ümumiyyətlə Qarabağın müdafiəsini təşkil etmək əvəzinə Moskvanın göstərişlərini kor-təbii icra edən Azərbaycan siyasi hakimiyyəti və bütün mümkün vasitələrdən istifadə etməklə, hakimiyyətə can atan Xalq Cəbhəsinin qüvvələri. Məhz, özlərini siyasət dahiləri hesab edən populistlərin kreslo davası, dövlət idarəetmə sistemini iflic vəziyyətinə salmışdı. Kimin hansı məssəbə, hansı xarici qüvvələrə qulluq etdiyini müəyyənləşdirmək çətin idi. Kommunist partiyasına, sovet rejiminin qərəzli münasibətinə etiraz edən yüz minlərlə soydaşımız qaragüruhun ətrafına toplaşmışdı. Bütün bunlar xaricdən dəstəklənən və 1988- ci ildə Ermənistanda baş vermiş zəlzələdən istifadə etməklə, xeyli silah-sursat əldə etmiş erməni separatçılarının əl-qolunu açdı. Yardım adı altında ASALA terror təşkilatının üzvləri Ermənistana, daha sonra Qarabağa göndərildi. Onların arasında xüsusi qəddarlığı ilə seçilən Monte Melkonyan və digər erməni cəlladları Azərbaycan xalqına yaxşı tanışdır".

Deputat söyləyib ki, hər il fevral ayının 26-sı Azərbaycan xalqı, dünya azərbaycanlıları Xocalı soyqırımını qeyd edir. Soyqırımı törədənlər, erməni faşizminin mahiyyəti, xisləti dünya ictimaiyyətinə çatdırılır:

"Azərbaycan Dövlətinin apardığı məqsədyönlü siyasət nəticəsində 10 ölkə, ABŞ-n 25 ştatı Xocalı Soyqırımını rəsmən tanımışdır. Xüsusilə, "Heydər Əliyev" fondunun vitse-prezidenti Leyla Əliyevanın başlatdığı, "Xocalıya ədalət" kompaniyası müsbət nəticələr verir. Hesab edirəm ki, bu istiqamətdə təbliğat daim aparılmalı, ermənilərin saxta ,,soyqırım,, iddialarına qarşı ən yeni tarixdə törətdikləri əsil soyqırım faktları ilə cavab verilməlidir.

Tarixdən düzgün nəticə çıxarılmalıdır. 44 günlük müharibədə aldıqları zərbədən düzgün nəticə çıxarmayan Ermənistan, düşmənçiliyini davam etdirir, revanş hissi ilə yaşayır. Dünyada, o cümlədən regionda olduqca mürəkkəb geosiyasj proseslər gedir.Ən böyük vəzifəmiz, yaranmış ictimai-siyasi sabitliyi qoruyub saxlamaq, Prezident İlham Əliyevin ətrafında sıx birləşməklə, düşmənlərə milli birliyimizi sarsıtmağa imkan verməməkdir. Bu gün Xocalı qurbanlarının ruhu şaddır. Torpaqlarımız işğaldan azad olunmuş, dünya erməniliyinə sağalmaz zərbə vurulmuşdur. Allah cəmi şəhidlərə rəhmət eləsin!"

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1032   Tarix: 25 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Avtobusdan istifadə edənlərin nəzərinə: ARTIM VAR

Bakıda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişlərin payı son iki ildə 12 faiz bəndi artaraq 89 faizə yüksəlib. Bu barədə "Yeni Sabah"a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib. Bildirilib ki, 2024-cü ildə paytaxtda müntəzəm avtobus marşrutlarında nağdsız ödənişləri

11 oktyabr
.

"İran təbliğat maşınının bu hərəkətləri, eyni zamanda dərin bir ikililik və samimiyyətsizlik nümunəsidir" - BƏHRUZ MƏHƏRRƏMOV

"İran və bu ölkənin nəzarətində olan media resurslarının Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində tətbiq edilən geyim qaydaları və dünyəvi təhsil standartlarına qarşı həyata keçirdiyi təbliğat kampaniyası sağlam qonşuluq münasibətlərinin ruhuna zidd olmaqla, dərin siyasi, ideoloj

12 oktyabr
.

Kürşad Zorlu: Türk dünyası gənclərinin əməkdaşlığı genişləndiriləcək

Türkiyə Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gənclərin, xüsusilə texnologiya, iqtisadiyyat və idman sahələrində əməkdaşlığının inkişafına xüsusi əhəmiyyət verir. "Report"un Türkiyə bürosu xəbər verir ki, bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, partiyanın tür

11 oktyabr
.

Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir

Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə

11 oktyabr
.

65 yaş gözləmədən pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA

"Hazırda qanunvericilikdə tək yaşayan, ailəsi və himayəsində olan şəxsi olmayan qadınlar üçün ayrıca 60 yaş pensiya həddi müəyyən edilməyib. Belə bir güzəştin qanunvericilikdə nəzərdə tutulması hüquqi baxımdan mümkündür. Azərbaycanda 1 iyul 2026-cı ildən etibarən qadınlar üçün ümumi yaşa görə əmə

11 oktyabr
.

Vahid məktəbli forması ətrafında müzakirələr və İranın informasiya təsirləri: Təhsil, milli kimlik və dövlətçilik məsələsi

Azərbaycan məktəblərində vahid məktəbli formasının tətbiqi ətrafında yaranan müzakirələrə yalnız geyim qaydaları çərçivəsində yanaşmaq məsələnin ictimai və siyasi mahiyyətini tam əhatə etmir. Bu mövzu təhsil sisteminin dünyəvi xarakteri, uşaqların hüquqları, milli-mənəvi dəyərlərin qorunması və xaricdə

12 oktyabr
.

Ailələrə uşaq sayına görə pul veriləcək?

Rusiyada uşağın doğulması ilə bağlı ailələrə uzunmüddətli maliyyə dəstəyi mexanizmi tətbiq olunur. Bu vəsait ailələrin mənzil, təhsil və uşağın gələcəyi ilə bağlı xərclərinin qarşılanmasına yönəldilə bilir. Azərbaycanda da uşaqlı ailələrin maddi yükünün azaldılması üçün yeni və uzunmüddətli dəstək mexanizmlərini

11 oktyabr
.

Paytaxt sakinlərini narahat edən problem: Evlərə verilən su nə dərəcədə keyfiyyətlidir?

Bakının bəzi ərazilərində kran suyundan istifadə edən sakinlər çaydan və digər məişət avadanlıqlarında ərpin daha tez yarandığını bildirirlər. Su qaynadıldıqdan sonra qabların dibində və səthində yaranan ağ çöküntü isə codluqla bağlı suallar doğurur. Bəs ərpin çox yaranmasına səbəb nədir? Bakının hans

11 oktyabr
.

Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib. Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında

11 oktyabr