Dünyada ən uzun adın sahibi Ginnesin Rekordlar Kitabına düşdü - 6 səhifəlik AD
Doğulandan adı Lourens Qreqori Uotkins olan şəxs ismini rəsmi şəkildə dəyişərək dünyanın ən uzun adlı adamı kimi Ginnesin Rekordlar Kitabına düşüb.
BİG.AZ xəbər verir ki, bu barədə "Free Press Journal" yazır.
Yeni Zelandiyadan olan Uotkins hələ 8 mart 1990-cı il tarixində adını dəyişmək üçün müvafiq qurumlara müraciət edib, daha sonra isə Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.
O zamandan Lourensin 2300 adı və bir soyadı var.
Uotkins Ginnesin Rekordlar Kitabına düşməklə qürur duyduğunu və hər bir adının onun üçün xüsusi məna daşıdığını etiraf edib.
O, şəxsi saytında bildirib ki, gündəlik istifadə üçün onun və ailəsi üçün daha əhəmiyyətli olanlarını seçib.
Hannibal, Şerri, Napoleon, Narsiss və Şerlok Uotkinsin adlarındandır.
Saytda, adların tam siyahısından başqa, doğum şəhadətnaməsi, eləcə də Ədliyyə Nazirliyinin möhür və imzası ilə təsdiqlənmiş ərizəsi yerləşdirilib.








Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2073 Tarix: 25 fevral 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Finlandiyada kişi valideynlərinin cəsədlərini 30 ildən çox dondurucuda saxlayıb
Finlandiyada 81 yaşlı kişi valideynlərinin cəsədlərini dondurucuda saxladığına görə istintaqa cəlb edilib. Yle-yə istinadən xəbər verir ki, kişi məzarın toxunulmazlığını pozmaqda iki epizod üzrə ittiham olunur. Polis müəyyən edib ki, kişi valideynlərinin cəsədlərini 30 ildən çox müddət ərzində donduruculard
11 oktyabrTramp Hörmüz boğazından daşınan neftin həcmini açıqladı
ABŞ Prezidenti Donald Tramp Fars körfəzindən Hörmüz boğazı vasitəsilə 28 milyon barel neft daşındığını bildirib. "İnterfaks"a istinadən xəbər verir ki, ABŞ lideri bu barədə Kolumb Gününün qeyd olunması ərəfəsində keçirilən tədbirdə çıxışı zamanı danışıb. "Dünən 28 milyon barel daşıdıq"
11 oktyabrTramp administrasiyasından Beynəlxalq Cinayət Məhkəməsinə yeni sanksiyalar
ABŞ Prezidenti Donald Trampın administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq edib. "Reuters"ə istinadən xəbər verir ki, bu qərar Vaşinqtonla Avropadakı müttəfiqləri arasında diplomatik gərginliyi artırıb. Materialda qeyd olunur ki, qərar məhkəmənin keçmiş hakimlərində
11 oktyabr