İtaliya Federasiyası Azərbaycan və Ermənistan arasında barışıq üçün praktiki proqram elan edəcək

İtaliya Federasiyası Azərbaycan və Ermənistan arasında barışıq üçün praktiki proqram elan edəcək"Sabah İtaliya İnsan Haqları Federasiyası Azərbaycan və Ermənistanın barışması üçün praktik proqram elan edəcək, həmçinin iki ölkəni və vətəndaş cəmiyyətlərini barışıq istiqamətində addımlar atmağa çağıracaq".

Bunu İtaliya İnsan Haqları Federasiyasının prezidenti Antonio Stanqo bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri zamanı deyib.

Onun sözlərinə görə, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan və Ermənistan liderləri münasibətlərdə yeni səhifə açmağa və regionda sülh dövrünə başlamağa hazır olduqlarını bəyan etdikdən sonra bu məsələdə beynəlxalq vasitəçiliyin artırılmasının vaxtı çatıb.

"Birincisi, bu, cəzasızlıq və sükuta son qoymaq, Xocalıya ədaləti bərpa etmək üçün vətəndaş cəmiyyəti səviyyəsində həyata keçirilməlidir. Həmçinin hər iki ölkənin icmalarına tanınma, dialoq və yekun barışıq yolu ilə nifrət və inamsızlığın aradan qaldırılmasında kömək etmək lazımdır", - A.Stanqo bildirib.

O, Xocalıda törədilən kütləvi qırğından danışaraq qeyd edib ki, burada baş verənlərə dair beynəlxalq səviyyədə tanınmış sübutlar var.

"Human Rights Watch" və "Memorial" təşkilatı baş verənlər barədə daha çox faktı sənədləşdirib, o cümlədən HRW baş verənləri beynəlxalq humanitar hüququn açıq-aşkar pozulması adlandırıb. Buraya mülki əhalinin daha sonra Ermənistanın rəsmi mənbələri tərəfindən dəhliz adlandırılan yoldan qaçarkən güllələnməsinə dair sübutlar da daxildir", - o söyləyib.

"Bu gün bura həmrəylik əlaməti olaraq - əzizləri ilə bərabər insan nifrətinin qurbanlarının xatirəsini ehtiramla yad etmək və günahsız ruhlarını yad etmək tutmaq üçün toplaşmışıq", - Federasiya prezidenti bildirib.

Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar "Xocalı: Barışıq üçün tanıyın" ("Khojaly: Reconcile to Recognize Coalition") beynəlxalq koalisiyasının nümayəndələri Xocalı ilə Ağdam arasında yerləşən və qaçmağa cəhd edən yüzlərlə dinc xocalılının öldürüldüyü "Ölüm dəhlizi"nə baş çəkiblər.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 850   Tarix: 25 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Fransada oğurlanmış məlumatların satışında şübhəli bilinən üç azyaşlı saxlanılıb

Fransada oğurlanmış şəxsi məlumatların yayıldığı internet resursunu idarə etməkdə şübhəli bilinən üç azyaşlı saxlanılıb. "Report" xəbər verir ki, bu barədə "20 Minutes" portalı Paris prokurorluğuna istinadən məlumat yayıb. İstintaqın məlumatına görə, sayt mart ayında "Reacher"

11 oktyabr
.

İsrail Livan ərazisində İran agentinin öldürüldüyünü açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri Livanın Hermel bölgəsinə zərbə endirib. İsrail tərəfinin iddiasına görə, zərbə nəticəsində Suriyanın cənubunda İsrail hərbçilərinə hücumlar hazırlayan İran agenti öldürülüb. "Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi Ella Vavia "X"

11 oktyabr
.

Tramp: "ABŞ-nin şərtləri qəbul edilməsə, İranın mövcudluğuna son qoyulacaq"

"ABŞ-nin münaqişənin həlli ilə bağlı irəli sürdüyü şərtlərlə razılaşmayacağı təqdirdə, İran məhv ediləcək". xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Nyu-York ştatının Sirakyus şəhərində öz tərəfdarları qarşısında çıxışı zamanı bildirib. "Sizə bir söz deyim: İranla bağlı məsəl

10 oktyabr
.

"Flydubai" pilotu İsraildə terror aktı planlaşdırdığını etiraf edib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baş prokuroru Oman vətəndaşı olan ikinci pilotun İsrailin Ben-Qurion hava limanında terror aktı törətməyi planlaşdırdığını bildirib. WAM-a istinadən xəbər verir ki, bu barədə BƏƏ-nin baş prokuroru Həməd Seyf əş-Şəmsi məlumat verib. BƏƏ-nin dövlət informasiya agentliy

11 oktyabr
.

İsrail ordusu Qəzzada HƏMAS-ın komandirlərini zərərsizləşdirdi

İsrail Müdafiə Ordusu Qəzza zolağına endirdiyi iki zərbə nəticəsində "İslami Cihad" qruplaşmasının bölük komandirini və HƏMAS-ın hərbi qanadının "Nuxba" xüsusi təyinatlı dəstəsinin üzvünü zərərsizləşdirib. xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirili

11 oktyabr
.

ABŞ ilə Ukrayna təhlükəsizlik zəmanətlərini və Kiyevin Aİ-yə daxil olmasını müzakirə etdilər

Amerika və Ukrayna rəsmiləri, Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə Mayamidə təhlükəsizlik zəmanətləri, Ukraynanın qışa hazırlığı və müharibədən sonrakı yenidənqurma məsələləri ilə bağlı danışıqlar aparıblar. "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin xüsusi nümayəndəs

11 oktyabr
.

ABŞ-də atışma: Evdə beş nəfərin meyiti tapıldı

ABŞ-nin Corciya ştatının Duqlas şəhərində yerləşən yaşayış evlərinin birində baş verən atışma nəticəsində beş nəfər həyatını itirib. "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə yerli polisdən məlumat verilib. Məlumata görə, gecə saatlarında polisə atəş səsləri barədə məlumat daxi

10 oktyabr
.

WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib

ABŞ ordusunun Moxave səhrasında keçirdiyi təlimlərdə bəlli olub ki, yeni pilotsuz uçuş aparatları (PUA) və rabitə sistemləri isti havada istifadəyə yararsızdır. "Report" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzetinin materialında deyilir. Qeyd olunub ki, "Fort-İrvin"

11 oktyabr
.

Finlandiyanın Baş naziri Aİ-yə rusiyalılara turist vizalarının verilməsini dayandırmağı təklif edəcək

Finlandiyanın Baş naziri Petteri Orpo Avropa Şurasına Rusiya vətəndaşlarına turist vizalarının verilməsini dayandırmağı təklif etmək niyyətindədir. "Report" xəbər verir ki, bu barədə o, "Yle"nin efirində bildirib. "Avropa Şurasının növbəti iclasında təklif etmək niyyətində olduğu

10 oktyabr