Gözümün önündə qardaşımın boğazından və ürəyindən vuraraq qətlə yetirdilər...

Gözümün önündə qardaşımın boğazından və ürəyindən vuraraq qətlə yetirdilər...1992-ci il fevralın 25-dən 26-a keçən gecə - Xocalı faciəsində insanların yarısı meşəyə, yarısı isə Qarqar çayının sahili boyu qaçırdılar. Mən atamı çaydan keçirdim, amma o, getmək istəmədiyini bildirirdi. Çünki qardaşım Namiq yox idi. O, başqa postda idi. Xeyli gözlədik, lakin Namiq gəlib çıxmadı. Bir az keçmiş bacımın həyat yoldaşı gəlib dedi ki, camaat gəlir. Atam da bacımgili gözlədi. Qərara gəldik ki, kütləvi şəkildə yox, bölüşüb hissə-hissə gedək. Gölün bir tərəfi ilə mən ailəmlə və bir neçə nəfərlə bərabər, o biri tərəfi ilə isə atamgil getdilər. Gölün başında birləşməli idik. Birləşəndə gördüm ki, atam yoxdur. Dedilər ki, atan bacını, qardaşını gözlədiyi üçün bizimlə gəlmədi. Hava soyuq, qar isə dizdən idi. Təxminən 60-70 nəfər qarın içərisində meşə boyu yuxarı irəlilədik. Xeyli qalxdıq və birdən ermənilərlə rastlaşdıq. Atəş açmağa başladılar, bizimkilərdən bir neçə nəfər həlak oldu və ya yaralandı, qalanları meşəyə səpələndi. Oğlum Sirac bir tərəfə, mən başqa tərəfə yuvarlandıq.

Bu sözləri AZƏRTAC-a xüsusi müsahibəsində faciə şahidi, əsir düşərək erməni vandallarının ağır işgəncələrinə məruz qalmış Yaşar Əliməmmədov söyləyib.

Faciə şahidi Yaşar Əliməmmədov başına gələn müsibətləri, gördüyü dəhşətli səhnələri danışdıqca gözləri dolur, kövrəlir, dərdi təzələnirdi: "Atam, qayınatam, qardaşlarım Faiq, Namiq və 6 yaşlı oğlum Siracla erməni əsirliyinə düşmüşdük. O vaxt oğlumun gözü qarşısında mənə işgəncələr verirdilər. Oğlum Sirac ağlayaraq deyirdi ki, "ay ermənilər atamı öldürməyin". Biz səkkiz gün erməni əsirliyində qaldıq. Günün müxtəlif saatlarında həm mənə, həm də oğluma əzab-əziyyət verirdilər. Gözümün önündə insanlar öldürülür, başının dərisi soyulur, yandırılırdı. Əllərimiz bağlı köməksiz halda bu səhnələri görmək dəhşət idi. Orada mənə çox əzab verdilər. Avtomatın qundağı, dubinka, dəmir parçası ilə elə vururdular ki, huşumuzu itirirdik. Hər dəfə mənə işgəncə verəndə oğlum qaçıb ağlaya-ağlaya üstümə uzanırdı ki, atama dəyməyin, vurmayın. Qətiyyən veclərinə almırdılar. Burnumu vurub qırdılar, qolumu yandırdılar, barmaqlarımı sındırdılar. Əllərimi qabağa verib Siracı qoruyurdum ki, uşağa zərbə dəyməsin. Qollarıma, ayaqlarıma o qədər vurmuşdular ki, tamam keyimişdim. Ayaqlarımızı isə don vurmuşdu. Avtomatı tuşlayıb 4 saat bir ayaq üstə saxlayırdılar. Başımdan yerə basıb deyirdilər ki, torpaq istəyirdin bu da torpaq, indi ye torpağı. İşgəncəyə dözməkdənsə ölməyi arzulayırdım. Oğlum Siracı əlimdən almaq istəyirdilər. Mən isə onu bərk-bərk qucaqlayıb vermək istəmirdim. Yaşadığımız faciə Xocalı soyqırımının qanlı nümunələrindəndir".

Qardaşı Faiq Əliməmmədovun müdafiə batalyonunun döyüşçüsü olduğunu vurğulayan faciə şahidi çox ağır günlər yaşadığını vurğulayıb: "Ermənilər qardaşıma əziyyət edərək "Qarabağ ermənilərindir" deməsini istəyirdilər. Amma qardaşım "Qarabağ Azərbaycandır" şüarlarını səsləndirirdi. O çox dirəndi. Oğlumla mənim gözümün qarşısında qardaşımın boğazından və ürəyindən tapança ilə vuraraq qətlə yetirdilər. Digər qardaşım Namiq rus dilini bildiyi üçün Əsgəran rayonunun katibi onu özünə sürücü götürmüşdü. Ermənilər onu yaxşı tanıyırdılar. Buna görə də gəlib onu bizim olduğumuz yerdən apardılar. Namiq itkin düşüb. İndiyədək onun taleyindən heç bir xəbər yoxdur.

Oğlum Sirac yaşayır, amma çox ağır travmalar alıb. Mən nə qədər danışsam belə həmin əzablı günlərin necə ağır keçdiyini anlada bilmərəm. Xocalı çox dəhşətli günlər yaşadı. Xocalılılar çox əziyyət çəkdilər".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1438   Tarix: 25 fevral 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pensiya, təqaüd və sosial yardımlar BU TARİXDƏ ÖDƏNİLƏCƏK

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə əmək pensiyalarının bu ayın 14-dən gec olmayaraq ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Qeyd edək ki, rayonlarda qeydiyyatda olan pensiyaçıların pensiyalarının bu ayın 20-dən, müavinətləri

11 oktyabr
.

Sabah İŞIQ OLMAYACAQ - Bu ərazilərdə

Oktyabrın 12-də Culfa rayonunun bir sıra kəndlərində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) məlumat verilib. Bildirilib ki, 35/10 kV-luq Əbrəqunus yarımstansiyasında

11 oktyabr
.

"Fərqlər deyil, anlaşılmazlıq ailəni dağıdır" - Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur?

Sevgi sərhəd tanımaya bilər, amma fərqli ölkələrdən olan iki insanın qurduğu ailənin davamlı olması heç də həmişə asan deyil. Azərbaycanda əcnəbilərlə bağlanan nikahların sonrakı taleyi də bunu göstərən diqqətçəkən statistika ortaya qoyur. Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbayca

11 oktyabr
.

Gələcəkdə pensiyalar AZALACAQ

Məlum olduğu kimi, gələn ildən pensiya qanunvericiliyinə dəyişiklik ediləcək. Vətəndaşları əhatə edən dəyişikliklərdən biri onların əməkhaqlarından Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ödənilən vəsaitlərdə fərdi hesaba köçən hissənin 90%-dən 85%-ə endirilməsidir. -a istinadən xəbər verir ki, iqtisadç

11 oktyabr
.

Faciəvi şəkildə ölən Məzahir şəhid qardaşı imiş - Foto

Sumqayıtda dəm qazından boğulan 32 yaşlı Məzahir Məcdunov şəhid qardaşı imiş. -a istinadən xəbər verir ki, onun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir. Xalid Məcdunov Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. O, 2020-ci il oktyabrı

12 oktyabr
.

Deputat: Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir

Vahid məktəbli forması təhsil mühitində bərabərlik və məsuliyyət hissini gücləndirir. Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Elnarə Akimova bildirib. Məktəb yalnız bilik məkanı deyil. Deputat deyib ki, məktəblərdə vahid geyim tələblərinin müəyyənləşdirilməsi təhsil mühitinin təşkili, şagirdlə

11 oktyabr
.

Laçında mebel istehsalının dəyəri ötən il 31 dəfə artıb

2025-ci ildə Laçın rayonunda 83,5 min manat dəyərində mebel istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 31 dəfə çoxdur. Hesabat dövründə Laçında 59 milyon 539,7 min manat (8,2 % az) dəyərində sənay

10 oktyabr
.

İstədiyimiz quzunu, dananı kəsə bilməyəcəyik - YENİ QAYDALAR

Ölkəmizdə kənd təsərrüfatı heyvanlarının kəsilməsi üçün minimum çəki və yaş hədləri müəyyənləşdirilir. EDnews xəbər verir ki, bununla bağlı qanun layihəsi artıq parlamentə təqdim edilib. Və bu günlərdə "Aqrar sahə haqqında" qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsində dinləmə formatınd

10 oktyabr
.

Zəngilanda qida məhsullarının istehsal dəyəri ötən il 4 dəfəyə yaxın artıb

2025-ci ildə Zəngilan rayonunda 330 min manat dəyərində qida məhsulları istehsal edilib. "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilə nisbətən 3,6 dəfə çoxdur. Hesabat dövründə Laçında 5 milyon 20,8 min manat (87,4 % çox) dəyərind

11 oktyabr